
Home / Stay Informed /
Regionda əsas kibertəhlükəsizlik problemləri nədir? EU4Digital tərəfdaş ölkələrdə dayanıqlığın qurulmasına necə kömək edir?
Date: 22/04/20
Şərq Tərəfdaşlığı ölkələri tərəfindən həyata keçirilən dövlət tənzimləmələri, siyasətlər və təhlükəsizlik tədbirlərinin təhlili regiondakı kibertəhlükəsizliyin əsas problemlərini müəyyən etməyə imkan verib və həmin problemlər aşağıdakılardır:
- Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr və resurs çatışmazlığı;
- Bu sahədə sistemli maliyyənin kifayət qədər olmaması;
- Kibertəhlükəsizliyə dair milli strategiyalar hazırlanmayıb, yaxud köhnəlmişdir və ya Aİ-nin şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyinə dair direktivinə (NIS Direktivi) uyğunlaşdırılmayıb;
- Köhnəlmiş milli qanunvericilik Aİ-nin qanunvericiliyi və kibertəhlükəsizliyə dair standartlarına uyğun deyil;
- Milli səviyyədə kiber təhdidlərin müntəzəm qiymətləndirilməsi həyata keçirilmir;
- Milli səviyyədə gözlənilməz vəziyyətlərdə fəaliyyət planları işlənib hazırlanmamışdır;
- Milli səviyyədə vacib əhəmiyyət daşıyan məlumat infrastrukturu (CII) siyahıları müəyyən edilməyib və ya tamamlanmayıb.
EU4Digital layihəsi çərçivəsində kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübələr və tövsiyələr toplusu müəyyən edilib və yerli hökumətlər üçün Kibertəhlükəsizlik üzrə təlimatlar şəklində işlənib hazırlanmışdır. Bu təlimatlarda kibertəhlükəsizliyin inkişafına və bu sahədə tədbirlərin hazırlanmasına, həyata keçirilməsinə və qorunub saxlanılmasına dair tövsiyələr yer alır. Onun köməyilə tərəfdaş ölkələr arasında daha güclü və daha dayanıqlı kiberməkanın yaradılmasına töhfə vermək və şəbəkə məlumat sistemlərində fasilə və ya qəfil çökmələr riskini azaltmaq mümkün olacaq.
Bundan əlavə, hər bir Şərq Tərəfdaşlığı ölkəsində kibertəhlükəsizliyin vəziyyətinə dair ətraflı məlumat – işlərin gedişatı, əsas problemlər və ayrı-ayrı ölkələrin hesabatlarında göstərilən sonrakı fəaliyyətlər “EU4Digital: Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükəsizliyin yaxşılaşdırılması” adlı layihəsinə töhfə verəcək.