2020-ci il iyunun 23-də Şərqi tərəfdaş ölkələrinin maraqlı tərəflərinin iştirakı ilə Radiotezlik spektri üzrə regional sazişə dair onlayn seminar keçiriləcək. Tədbir, Avropa Komissiyası və EU4Digital proqramının dəstəyi ilə Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Radiotezlik üzrə mütəxəssis işçi qrupu tərəfindən təşkil olunur.
Seminarın əsas məqsədi Şərqi tərəfdaş ölkələri tərəfindən 2020-ci il dekabr ayının əvvəlində imzalanmalı olan Radiotezlik spektri üzrə regional sazişi təqdim və müzakirə etməkdir. Tədbir zamanı Radiotezlik spektri üzrə regional sazişin imzalanması, eləcə də 700 MHz və 3.4-3.8 GHz tezlik diapazonlarının istifadəyə verilməsi baxımından mövcud vəziyyət müzakirə olunacaq. Bundan əlavə, seminarda Radiotezlik spektri üzrə mövcud regional saziş nəzərdən keçiriləcək və seminar iştirakçılarının rəyləri, həmçinin bu sazişin imzalanması üçün növbəti addımlar müzakirə ediləcək.