Hər il keçirilən Tədqiqat və İnnovasiyaya dair Şərq Tərəfdaşlığı Konfransı
Tarix: 27/10/19
Oktyabrın 21-də
Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi tərəfindən 2020-ci ildən
sonra Aİ və ŞT ölkələri arasında Tədqiqat və İnnovasiya sahəsində Əməkdaşlığa
həsr olunmuş hər il təşkil edilən Şərq Tərəfdaşlığı (ŞT) Konfransı keçirilib.
Tədbir Avropa İttifaqının Tədqiqat və İnnovasiya üzrə Baş Direktoratı və
Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Baş Direktoratı ilə birgə
təşkil edilib.
Konfransda Moldova
Respublikasının və Avropa Komissiyasının nazirləri və yüksək vəzifəli şəxsləri,
həmçinin tədqiqat və innovasiyalara məsul olan 100-dən artıq səlahiyyətli
nümayəndə və altı ŞT ölkəsində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan,
Moldova və Ukrayna) fəaliyyət göstərən tədqiqatçılar, özəl sektorun və vətəndaş
cəmiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış
edən Moldova Təhsil, Mədəniyyət və Tədqiqatlar Naziri Liliana
Nikolaesku-Onofrey Moldova Respublikasının tədqiqat və innovasiya sahəsindəki
mühüm uğurlarını sadalamışdır. Buraya Moldova Respublikasının Avropa Tədqiqat
Məkanına inteqrasiyası üzrə Milli Yol Xəritəsinin və 2020-2023-cü illəri əhatə
edən Tədqiqat və İnnovasiya üzrə Milli Proqramının təsdiqlənməsi və Avropa
İttifaqının Tədqiqat və İnnovasiyaya dair “Horizon 2020” Proqramına
qoşulması daxildir. “Bizim yeni
vəzifəmiz Tədqiqat və İnnovasiya üzrə növbəti proqram olan “Horizon
Europe”-a qoşulmaqdır. Bu, Moldova Respublikasının Avropa Tədqiqat
Məkanına daha da inteqrasiyası deməkdir” – deyə o, əlavə edib.
Avropa
Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş Direktorunun müavini Sayn Ratso
bildirmişdir ki, Avropa Tədqiqat Məkanı, açıq elm və açıq innovasiya
prinsiplərinə, eləcə də ŞT ölkələrindəki sosial problemlərə həll yollarının
tapılmasına yönəlmişdir. Avropa İttifaqının yeni Tədqiqat və İnnovasiya
Proqramı, yəni “Horizon Europe”-in səhiyyə, qocalma, təhlükəsizlik,
ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi kimi mühüm qlobal problemlərin
həll edilməsinə imkan yaradacaq elm və texnologiyaların gücləndirilməsinə töhfə
verəcəyi gözlənilir. “ Üzləşdiyiniz problemlərdən xəbərdarıq, ancaq istək olarsa, çıxış
yolunu tapmaq olar və Moldova Respublikasında belə bir istək var”.
Sözügedən konfransda ŞT ölkələrində tədqiqat və innovasiya sahəsində əldə olunan nailiyyətlər və yeniliklər, Aİ-nin tədqiqatçılar və qurumlar üçün proqramları və ŞT Tərəfdaş Ölkələrinin tədqiqat və innovasiya proqramlarının fəaliyyətləri diqqət mərkəzində olmuşdur.
Avropa İttifaqı
özünün EU4Digital Təşəbbüsü vasitəsilə Aİ-nin
qabaqcıl təcrübəsinə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT
sahəsində tədqiqatların, startap və innovasiya ekosistemlərinin inkişafına
yönəlmiş islahatlara və fəaliyyətlərə dəstək verir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.