Aİ Kodlaşdırma həftəsi çərçivəsində kütləvi onlayn kurslar təşkil olunacaq

  • Tarix: 11/05/20 – 15/06/20
  • Paylaş:

Müəllimlər, valideynlər və kodlaşdırma sahəsində maraqlı şəxslərlə birlikdə #CodeWeek adlı kodlaşdırma və hesablama düşüncəsi üzrə onlayn kursa qoşulmaq üçün cəmi 10 gün qalıb.

Bu giriş kursu ümumilikdə beş saatlıq iş yükünə malikdir. İştirakçıların hazırlığı və boş vaxtlarından asılı olaraq, 11 may – 15 iyun tarixləri arasında keçiriləcək kursu bir gün və ya beş həftə ərzində başlamaq və bitirmək imkanı olacaq.

Sözügedən giriş kursu Aİ Kodlaşdırma həftəsini müəllimlər, məktəblər və valideynlər üçün daha cəlbedici və mənalı etmək məqsədi daşıyır, eyni zamanda dərslərdə kodlaşdırma və hesablama düşüncəsinin vacibliyi barədə məlumatlılığı artırır. Kodlaşdırmanı öyrənmək, tələbələrə rəqəmsal cəmiyyətin ön sıralarında olmaq, ətrafındakı dünyanı daha yaxşı anlamaq və şəxsi və peşə həyatlarında uğurlarını artırmaq imkanı verə bilər. 

Bu kurs iştirakçıları kodlaşdırma və hesablama düşüncəsi ilə bağlı bilik və bacarıqlar, habelə ideyalar, pulsuz təlim materialları və istənilən vaxt, istənilən yerdə Kodlaşdırma həftəsi üzrə tədbir təşkil etməyə kömək edəcək resurslar ilə təmin edəcək. 

Müəllimlər, valideynlər və pedaqoqlar Kodlaşdırma həftəsi və bu təşəbbüsdə iştirak qaydalarını öyrənəcəklər. Keçən il bu tədbirlərə Avropadan və onun hüdudlarından kənardan 4,2 milyon insan qoşulmuşdur. Sözügedən kütləvi onlayn kursun sonunda əldə olunan bilik və bacarıqlarla yanaşı, kursu uğurla başa vuran iştirakçılar “Avropa Schoolnet”-dən xüsusi nişan və sertifikat əldə edəcəklər. Bundan əlavə, onlar Aİ Kodlaşdırma həftəsində iştirak etdikləri təqdirdə Avropa Komissiyası tərəfindən təsdiqlənən xüsusi sertifikata layiq görüləcəklər.

Aİ-nin Kodlaşdırma həftəsi çərçivəsində kütləvi onlayn kursa xoş gəlmisiniz