EU4Digital proqramı Aİ ölkələrində elektron səhiyyədə qarşılıqlı fəaliyyətə həsr olunan tədbir keçirib

  • Tarix: 08/07/21
  • Paylaş:

İyunun 29-da EU4Digital proqramının elektron səhiyyə komandası tərəfindən Aİ ölkələri boyunca elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması istiqamətində görülən işləri müzakirə etmək üçün onlayn tədbir keçirilib. Bu tədbir 2021-ci ildə elektron səhiyyə sahəsində əməkdaşlığa həsr olunmuş virtual tədbirlərdən üçüncüsüdür və altı Şərq Tərəfdaşlığı ölkəsindən Elektron səhiyyə şəbəkəsinin üzvlərini bir araya gətirib.

Tədbirin ilk hissəsində Avropa Komissiyasını təmsil edən natiq  dok. Reza Razavi DG CNECT-də elektron səhiyyə, bütünsəl sağlamlıq və yaşlanma üzrə şöbənin müavini Keri Tomsopunun Aİ-nin elektron səhiyyənin inkişafına yönəlmiş yeni proqram və təşəbbüsləri haqqında video yazısını təqdim edib. Buraya daxildir:

  • Aİ-nin verilənlərə dair strategiyası və fəaliyyəti haqqında qısa məlumat
  • Avropanın səhiyyə üzrə məlumat məkanı haqqında qanunvericilik təşəbbüsü
  • Genom məlumat bazasına transsərhəd giriş icazəsinin verilməsi haqqında bəyannamə
  • Avropa xərçəng xəstəliyinin rentgen və tamoqrafiya təsvirləri təşəbbüsü
  • Süni intellekt haqqında normativ-hüquqi akt

Dok. Reza Razavi bildirib ki, Aİ ölkələri daxilində səhiyyə və tibbi qulluq sahələrində rəqəmsal transformasiya pasiyent yönümlü tibbi qulluq üzrə rəqəmsal xidmətlərin istifadəsinə yönəlib. Bu, pasiyentlərin sağlamlığına dair məlumatlara daha yaxşı çıxış imkanı təmin etməyə, əlaqələndirmə təmin etməyə və tədqiqat üzrə səhiyyə məlumatlarının və səhiyyədə daha yaxşı nəticələrin paylaşılmasına imkan verir.

Tədbirin ikinci hissəsində Portuqaliya Səhiyyə Nazirliyinin müştərək xidmətinin (SPMS) nümayəndəsi Filipe Mealha Portuqaliyanın elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyətə dair təcrübəsini təqdim edib. Cənab Mealha Portuqaliya Milli Verilənlər Strategiyasını təqdim edərək səhiyyə sahəsindəki məlumatların səhiyyə xidmətinin göstərilməsində (məlumatların ilkin istifadəsi, tədqiqat, normayaratma və tənzimləyici fəaliyyətlərdəki (məlumatların ikincili istifadəsi) əhəmiyyətini vurğulayıb. Təqdimatın növbəti hissəsində Elektron səhiyyə şəbəkəsinin nümayəndələri Portuqaliyada transsərhəd elektron səhiyyə xidmətlərinin göstərilməsinə imkan yaradan və qarşılıqlı fəaliyyət göstərən elektron səhiyyə ekosistemi ilə tanış olublar. Natiq Aİ-nin Rəqəmsal Covid Sertifikatının tətbiqindən və hazırda mürəkkəb bir ekosistemdəki fəaliyyətindən, eləcə də xəstələrin sertifikatları axtarmasına və almasına yaratdığı imkanlardan danışıb. Digər natiq Karlos Mateu Lopez (FTSS, Qarşılıqlı fəaliyyət və texnologiyalar bölməsinin rəhbəri) isə Kataloniyada elektron səhiyyə sistemində qarşılıqlı fəaliyyətə dair son yenilikləri paylaşıb. Elektron səhiyyə şəbəkəsinin üzvləri Kataloniyada

mövcud rəqəmsal səhiyyə ekosistemi, eyni zamanda qarşılıqlı fəaliyyət platforması (IS3), patoloji tibbi təsvir bazası (PAT-SIMDCAT) və yerdəyişmə məlumatları bazası (mConnecta) kimi qarşılıqlı fəaliyyət ilə bağlı bir neçə yeni işlərlə də tanış olublar.

Tədbirin sonunda altı Şərqi tərəfdaşlıq ölkəsinin nümayəndələri öz ölkələrində elektron səhiyyədə qarşılıqlı fəaliyyət ilə bağlı görülən işləri bölüşməyə dəvət ediliblər. Belarus nümayəndəsi qarşılıqlı fəaliyyətin hüquqi, semantik və texniki sahələrində görülən işlər haqqında söz açıb. Məsələn, məsafədən səhiyyə ilə bağlı texnologiyaların tətbiqi və mərkəzləşdirilmiş elektron səhiyyə sisteminin tətbiqi sözügedən ölkədəki yeni qanunvericiliyə daxil ediləcək. Ukrayna təmsilçisi öz növbəsində elektron səhiyyə xidmətləri (elektron resept, elektron sağlamlıq kartları, elektron yönləndirilmələr və digərləri) ilə bağlı görülən işlərdən və kağız əsaslı sənədlərdən imtina və dövlət fondlarından istifadə üçün nəzərdə tutulmuş eData portalından gələcəkdə yalnız səhiyyədə istifadə planlarından söz açıb. Ermənistan nümayəndəsi də bu ölkənin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş elektron səhiyyənin inkişafına dair fəaliyyət planını təqdim edib. Bu plana Elektron resept, məsafədən səhiyyə və analitika üzrə alət və səhiyyə məlumatlarının hesabatı daxildir.