Aprelin 22-də EU4Digital Proqramı İKT və innovasiyalar şəbəkəsinin “ŞT regionunda KOB-ların rəqəmsal transformasiyasını dəstəkləyən səlahiyyət mərkəzləri, platformalar, alətlər və xidmətlərin inkişafına imkan yaratmaq üçün Aİ-nin Rəqəmsal İnnovasiya Mərkəzləri (RİM-lər) ilə şəbəkələrin qurulması” mövzusunda tədbir keçirir.
Şəbəkə tədbirində əsas diqqət, ŞT ölkələrində inkişaf etməkdə olan RİM-lər və oxşar icmaların ixtisaslaşmış xidmətlərini, hərtərəfli biznes modelini və potensialın artırılmasına dair proqramları hazırlamağa kömək edən Aİ-nin aparıcı RİM-lərinin və şəbəkələrinin təcrübələrinə yönələcək. Tədbirdə rəqəmsal texnologiyalar infrastrukturuna malik səlahiyyət mərkəzlərinin, Dördüncü sənaye inqilabı (Industry 4.0) dövründə rəqəmsal transformasiya ilə əlaqəli biznesə dəstək təşkilatlarının, şəbəkələrin və birliklərin, o cümlədən nazirlər səviyyəsində təmsilçilərin və innovasiya ekosistemlərinin inkişafını əlaqələndirən qurumların maraqları diqqət mərkəzində olacaq.
Tədbirin məqsədi müəssisələrin rəqəmsal transformasiyası ilə məşğul olan Aİ-nin aparıcı təşkilatlarının təqdim etdiyi vasitələr və imkanlarla tanış olmaq, eləcə də ŞT ölkələrində rəqəmsal innovasiya mərkəzləri yaratmaq üçün potensialın yaradılması və ixtisaslaşdırılmış xidmətlərin inkişafı imkanlarını müzakirə etməkdir.
Şəbəkə tədbiri Avropa Komissiyasının (DG CONNECT) nümayəndəsinin Avropanın RİM-lər sahəsində siyasətlərə dair əsas nitqi ilə başlayacaq. Sonra Rəqəmsal İnnovasiya Mərkəzləri Şəbəkəsinin (DIHNET.EU) nümayəndəsi Şərqi tərəfdaşlıq ölkələrindən olan nümayəndələr üçün potensial faydalar daxil olmaqla, şəbəkənin vasitə və xidmətlərini təqdim edəcək. Öz növbəsində FundingBox maliyyələşmə ekosisteminin nümayəndəsi maliyyələşdirmənin şəlalə modeli və rəqəmsal transformasiya dövründə olan KOB-lara əsas dəstək mexanizmi haqqında ümumi məlumat verəcək. Tədbirin sonunda Aİ-nin I4MS təşəbbüsü istehsal sənayesinin rəqəmsallaşdırılması mövzusunda təqdimatla çıxış edərək dəyərli təkliflərini və am-LAB kimi Macarıstanda aparıcı RİM-in idarə edilməsinə dair təcrübəsini təqdim edəcək.
İclasa EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pabol rəhbərlik edəcək və Aİ və ŞT ölkələrindən məruzəçilərinin təqdimatları və sual-cavab sessiayalarından təşkil olunacaq:
- Avropa Komissiyasının (DG CONNECT) “Sənaye ekosistemlərinin rəqəmsal transformasiyası” bölməsində (CNECT.A.4) ikinci milli ekspert Matias Kuom.
- Rəqəmsal İnnovasiyalar Mərkəzi Şəbəkəsində layihə rəhbəri Mauritz Bater.
- FundingBox-da tərəfdaş və biznesin inkişafı üzrə menecer Mayte Karrakedo.
- I4MS-də Layihə rəhbəri Mariya Roka.
- am-LAB-ın təsisçisi Balaj Barta.
Tədbirdə iştirak etmək istəyirsinizsə və ya hər hansı bir sualınız varsa, İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobola müraciət edin (anna.pobol@gmail.com).
Hədəf auditoriya üçün qeydiyyat aprelin 21-nə qədər buradan həyata keçirilir.
İKT və innoovasiyalar şəbəkəsinin digər şəbəkə tədbirləri:
- İKT və innovasiyalar şəbəkəsinin blokçeyn mövzusunda ilk şəbəkə tədbiri
- İKT və innovasiyalar şəbəkəsinin alternativ maliyyələşmə mövzusunda ikinci şəbəkə tədbiri
- İKT və innovasiyalar şəbəkəsinin İKT sahəsində klasterlərin inkişafı mövzusunda üçüncü şəbəkə tədbiri
- İKT və innovasiyalar şəbəkəsinin əqli mülkiyyətin idarə edilməsi mövzusunda dördüncü şəbəkə tədbiri