Şərqi tərəfdaşlıq ölkələri üçün Genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin qurulması mövzusunda regional seminar keçirilib

  • Tarix: 10/11/20
  • Paylaş:

4-6 noyabr tarixlərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAIEX) çərçivəsində təşkil olunan üç günlük onlayn seminarda Şərqi tərəfdaşlıq ölkələrindən 50-dən çox rəsmi şəxs iştirak edib. Tədbir genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin qurulmasında istifadə olunan alət və tətbiqlərə həsr olunub.

Seminarın məqsədi, açıq mənbəli proqram təminatı, məkan məlumatları və coğrafi informasiya sistemindən istifadə edərək bilik və təcrübə mübadiləsi aparmaq və genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin qurulmasında lazımi texnoloji həllər təklif etmək olub.

Seminar zamanı Sloveniya və Xorvatiyadan olan mütəxəssislər iştirakçılara ölkələrin hər birində mövcud olan texniki tətbiqlərdən və məlumatlardan istifadə edərək öz genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin qurulması barədə məsləhətlər veriblər. Tədbirdə həmçinin Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun (IRB EWG) sədri və Dünya Bankı Qrupunun Rəqəmsal İnkişaf üzrə aparıcı mütəxəssisi çıxış edərək “Şərqi tərəfdaşlıq ölkələri üçün genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin qurulmasına dair təlimatları” təqdim edib.

Mütəxəssislər investisiya və innovasiyaların təşviqini dəstəkləmək üçün rəqəmsal ekosistemlərin inkişafı alətinin zəruriliyini və genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin qurulması üçün lazımi alətlərin yaradılması və / və ya istismarı barədə təlimatlar da təqdim ediblər.

Tədbir haqqında ətraflı məlumat və təqdimatlar