2020-ci il noyabrın 5-də altı Şərqi tərəfdaşlıq ölkəsində fəaliyyət göstərən şəbəkə üzvlərini bir araya gətirərək elektron səhiyyə istiqaməti üzrə fəaliyyətlərdən əldə olunan əsas nəticələri bölüşmək məqsədilə EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsinin işçi heyəti həmin şəbəkənin iclasını təşkil edib.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin işçi heyəti elektron səhiyyə sahəsində ümumi təlimat və standartların uzlaşdırılması və uyğunlaşdırılması nəticəsində əsas tövsiyələrini bölüşüblər. Burada məqsəd ŞT regionunda uyğunlaşdırılmış transsərhəd rəqəmsal səhiyyə infrastrukturuna nail olmaq üçün praktiki vasitələrin irəli sürülməsi olub.
Elektron səhiyyə üzrə ekspert Enrike Martins Portuqaliyanın Enesis 2020 adlı elektron səhiyyəyə dair strategiyasını təqdim edib. Sənəddə bu ölkənin rəqəmsal elektron səhiyyə üzrə bütün cəhətləri əhatə olunub. Tibbi xidmətin keyfiyyəti və təhlükəsizliyi, xəstəliklərin profilaktikası, qarşısının alınması və məlumat xarakterli tədbirlər daxil olmaqla bir neçə strateji istiqamət təqdim edilib. Portuqaliyanın məsafədən səhiyyə üzrə strategiyası, COVID-19 kontekstində səhiyyənin potensialı ətraflı şəkildə izah edilmişdir.
Tədbirin növbəti hissəsində transsərhəd elektron səhiyyə üzrə əməkdaşlıq platforması diqqət mərkəzində olub. Platforma, elektron səhiyyə şəbəkəsinin maraqlı tərəfləri üçün əməkdaşlıq və məlumat mübadiləsi üçün yeni məkan olaraq nəzərdə tutulmuşdur. İclas zamanı EU4Digital təşəbbüsünün işçi heyəti tərəfindən platformada müvafiq məzmunun paylaşılması ilə bağlı təlimat verilib.
Tədbirin yekun hissəsi ŞT ölkələrinin Aİ-nin layihə, proqram və təşəbbüslərinə, xüsusilə Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramına cəlb olunması məsələsinə həsr olunub. EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsinin işçi heyəti bu istiqamətdə qazanılan nailiyyətlər haqqında ümumi məlumat veriblər. ŞT regionunda qabaqcıl təcrübələrin və potensial istinad saytlarının müəyyənləşdirilməsi, eləcə də ŞT ölkələri üçün Avropa təcrübələri ilə əlaqəli Tvinninq layihələrinə dair tövsiyələr ilə birlikdə (əvvəlcə fərdi ölkə iclaslarında təsdiqlənib) Şərq Tərəfdaşlığı ölkələri arasında tərəfdaşlıq üzrə tövsiyələr təqdim edilib.
Elektron səhiyyə sahəsində kommunikasiya və əməkdaşlıq platformasından istifadə edərək EİP üzrə AHA prinsiplərinə əsaslanan ŞT şəbəkəsinin yaradılması üçün həyata keçirilmiş fəaliyyətlərin və müəyyən edilmiş innovativ təcrübələrin əsas komponentlər kimi istifadə olunmasına dair müzakirələr aparılıb.