Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi üzrə EU4Digital proqramının təlimi
Tarix:
13/07/20
EU4Digital proqramı 2020-ci il iyul ayının 13-də Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi mövzusunda virtual təlim təşkil edir.
Təlimin məqsədi iştirakçıları milli koalisiyaların yaradılması və idarə edilməsində Aİ-nin qabaqcıl təcrübələri ilə tanış etmək, eləcə də Şərqi tərəfdaş ölkələrində milli koalisiyalar yaratmaq üçün tövsiyə və prinsipləri müzakirə etməkdir.
Təlim aşağıdakıları məsələləri əhatə edəcək:
Aİ-nin dörd əsas fəaliyyət sahəsindəRəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyalarının rolu: hər kəs üçün rəqəmsal bacarıqlar, işçi qüvvəsi üçün rəqəmsal bacarıqlar, İKT mütəxəssisləri üçün rəqəmsal bacarıqlar və təhsildə rəqəmsal bacarıqlar;
Şərqi tərəfdaş ölkəsində rəqəmsal bacarıqlar ilə bağlı prioritetlər və koalisiyaların onları necə dəstəkləyə bilməsi ilə bağlı müzakirələr;
Milli koalisiyaların yaradılması və idarə edilməsi prinsipləri.
Aİ-nin milli koalisiyaları ilə əməkdaşlıq, mövcud qabaqcıl təcrübələr, alətlər və resurslar.
Sözügedən təlim EU4Digital proqramının rəqəmsal bacarıqlar tematik sahəsi çərçivəsində keçirilir və buraya rəqəmsal bacarıqlar mövzusunda Aİ və Şərqi tərəfdaş ölkələri arasında ən yaxşı təcrübə mübadiləsini dəstəkləmək üçün bir sıra təlimlər, konfranslar və səfərlər daxildir. Təlimlərin prioritetləri 2020-ci il aprelin 29-da baş tutan seminar zamanı Rəqəmsal bacarıqlar şəbəkəsi tərəfindən müəyyən edilmişdir.
EU4Digital təşəbbüsünün Rəqəmsal Bacarıqlar Şəbəkəsi Şərqi tərəfdaş ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir.
EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərin təşkili və Şərqi tərəfdaş ölkələrində milli koalisiyaların yaradılması kimi bir sıra fəaliyyətlər vasitəsilə şəbəkənin işinə dəstək verir. EU4Digital proqramı həmçinin Şərqi tərəfdaş ölkələrindəki Rəqəmsal bacarıqlara dair milli koalisiyalar üçün təlimatlar nəşr edib.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.