20-22 aprel tarixlərində “Connecting Europe” (CEF) Proqramının dövlət idarələri, müəssisələr və vətəndaşlar üçün rəqəmsal və qarşılıqlı fəaliyyət üzrə texnoloji həllərə dair proqramların (ISA²) başa çatması münasibətilə üç günlük “DigitALL” adlı onlayn konfrans keçiriləcək.
Bu proqramlar üzv dövlətlərlə birlikdə vətəndaşlar üçün transsərhəd ictimai xidmətlərin hazırlanmasına kömək edərək şirkətlərə qarşılıqlı fəaliyyət üzrə pulsuz texnoloji həllər təqdim edib və müxtəlif sektorlarda müxtəlif təşkilatları əlaqələndirib. “DigitALL” konfransında Avropanın rəqəmsal gələcəyi istiqamətində görüləcək növbəti tədbirlər diqqət mərkəzində olacaq.
Onlayn konfransda Avropa və beynəlxalq qurumların, Aİ-yə üzv dövlətlərin nümayəndələri və sənaye sektorunu təmsil edən nüfuzlu şəxslər çıxış edəcəklər. Tədbirdə Aİ daxilində dövlət xidmətlərinin rəqəmsal transformasiyasındakı uğurlar və icra olunmağa başlayacaq yeni Rəqəmsal Avropa Proqramı müzakirə ediləcək.
Üç gün davam edəcək tədbir zamanı innovasiyalar, hökumətin rəqəmsallaşdırılması, qarşılıqlı fəaliyyət, açıq mənbələr, ağıllı şəhərlər, etimad və təhlükəsizlik və digər məsələlərə dair müzakirələrdə iştirak etmək imkanınız olacaq. Siz həmçinin prioritet siyasətlər, öyrənilən dərslər və digər ilhamverici mövzular haqqında məlumat əldə edəcək, rəqəmsal həllərin tətbiqi yollarına dair fikir mübadiləsi aparacaq və Avropanın rəqəmsal gələcəyi istiqamətində birgə fəaliyyətləri nəzərdən keçirəcəksiniz.
Mövzulara daxildir:
Avropanın pandemiyadan qurtulmasını dəstəkləyən rəqəmsal texnologiyalar
Hər kəs üçün elektron qaimə sistemi – yeni Rəqəmsal Avropa Proqramı və CEF vasitəsilə uğur hekayələrinin kəşfi!
Dövlət sektorunun rəqəmsal transformasiyasına dair səriştə
Dövlət sektorunda rəqəmsal bacarıqların təşviqinin əhəmiyyəti
Etimad xidmətləri üzrə eİDAS Reqlamentinin gələcəyi necə olacaq?
Avropa Rəqəmsal İnnovasiya Mərkəzləri – üzv dövlətlər üçün nə planlaşdırılıb?
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.