Rəqəmsallaşdırma diqqət mərkəzində: Avropa Təlim Fondu İnnovasiya və bacarıqlar mükafatı təsis edib
Tarix: 01/06/20
Avropa Təlim Fondu (ETF) rəqəmsal texnologiyalar sahəsində səriştənin inkişafına yönəlmiş təhsil və tədris sahələrində qabaqcıl təcrübə nümunələri axtarışında olan bütün peşə məktəbləri, universitetlər, tədris mərkəzləri və təhsil təminatçıları üçün müsabiqə elan edir.
ETF-in İnnovasiya və bacarıqlar mükafatı uğrunda keçiriləcək müsabiqədə ETF tərəfdaş ölkələrində (bütün altı Şərqi tərəfdaş ölkələri daxildir) ibtidai və davamlı peşə təhsili və təlimi təklif edən bütün peşə məktəbləri və kolleclər, həmçinin universitetlər, tədris mərkəzləri və dövlət və özəl təhsil müəssisələri iştirak edə bilər.
ETF-in İnnovasiya və bacarıqlar mükafatı nədir?
Əmək bazarının tələbatlarının dayanmadan dəyişdiyi bir dünyada insanlar yeni bacarıqlar öyrənməli, işlərini dəyişməli və karyeraları boyunca yeni vəzifələrə keçməlidirlər. Bunlar, texnoloji nailiyyətlərin sürətləndirilməsi, iqtisadiyyatların rəqəmsallaşdırılması, qloballaşma, demoqrafiya, miqrasiya və iqlim dəyişikliyi kimi müxtəlif amillər səbəbindən baş verir. Bu dəyişikliklərin tam miqyasının və nəticə etibarilə təsirinin hələ tam məlum olmamasına və təsirinin ölkədən asılı olaraq dəyişməsinə baxmayaraq, təhsil və təlim sistemləri üçün müəllimlərə, təhsil təminatçılarına və tələbələrə dəstək verən və əmək bazarlarına lazımi bacarıqları təmin edən xidmətlər və vasitələrin inkişafı üzrə bacarıqlar tələb olunur.
2020-ci il üzrə mükafat hansı istiqamət üzrə təqdim olunur?
Rəqəmsal texnologiyalar cəmiyyətlərimizi dəyişir. Rəqəmsal texnologiyalar sahəsində səriştə, Aİ-nin əsas səlahiyyətlərindən biri kimi, həyatımızın demək olar ki, bütün sahələrində, xüsusilə məşğulluq və karyerada yüksəliş sahəsində getdikcə daha da faydalı olmağa başlayır. Rəqəmsal transformasiya müxtəlif dərəcələrdə hər yerdə baş verir. ETF, özünün tərəfdaş ölkələrinə hazırda davam edən peşə təhsili və təlimi sisteminin islahatları kontekstində rəqəmsal texnologiyalar ilə əlaqədar problemləri həll etməklə təklif etdiyi fürsətlərdən faydalanmaq imkanı yaradır.
Bu baxımdan, ETF, rəqəmsal texnologiyalar sahəsində səriştəni inkişaf etdirmək üçün təhsil və tədris sahəsində qabaqcıl təcrübə nümunələri tapmağa çalışır. Rəqəmsal texnologiyalar sahəsində səriştənin inkişafı üzrə dizayn və yeni/innovativ yanaşmaların öyrənilməsi əsas seçim kriteriyasını təşkil edir. Qabaqcıl təcrübə nümunələri, milli, regional və ya təşkilati baxımdan və nümunələrin bu kontekstə uyğunluğu nəzərə alınmaqla seçiləcək.
Seçilmiş nümunələr ETF-in gələcək işi barədə məlumat verəcək və müəllimlərə, tədris planı tərtib edən mütəxəssislərə, təlim təminatçılarına və qanunvericilərə öz işləri ilə bağlı ideya və imkanlar təqdim edəcək.
Aİ bu sahədə hansı işləri görür? Aİ vətəndaşlar, təhsil işçiləri və təşkilatlar (DigComp 2.1, DigComp Into Action, DigCompEdu, DigCompOrg daxil olmaqla) üçün istinad bazası, eləcə də məktəblər üçün özünüqiymətləndirmə vasitəsi (SELFIE) yaratmaqla rəqəmsal texnologiyalar sahəsində səriştənin inkişafına dəstək verir. Bunlar, sözügedən sahədə
çalışanlar və qanunvericilər üçün tədris prosesində konkret nəticələrə və irəliləyiş səviyyələri nümunələrinə malik ilhamverici mənbələrdir. Rəqəmsal təhsil üzrə fəaliyyət planı konkret tədbirlər görür və texnologiyaların istifadəsini və təhsildə rəqəmsal texnologiyalar üzrə səriştənin inkişafını dəstəkləyir. Siyasət səviyyəsində rəqəmsal texnologiyalar sahəsində səriştə, siyasətin hazırlanmasına zəmin yaradaraq 2006-cı ildən etibarən Aİ vətəndaşlarının fasiləsiz təhsili üçün səkkiz əsas səlahiyyətlərdən biri olmuşdur (daha ətraflı məlumat üçün ETF-in rəqəmsal sahədə bacarıqlar və səriştə, rəqəmsal və onlayn təhsil mövzusunda memorandumu və fasiləsiz təhsil üzrə əsas səriştəyə dair Avropa Şurasının Tövsiyəsinə (2018) baxın).
ETF-in yeni təhsil üzrə mükafatı uğrunda mübarizə aparan iki finalçı əvvəlcə ETF-in seçim komitəsi tərəfindən seçiləcək və ardından bir ay ərzində onlayn səsverməyə çıxarılacaq. Ardından isə 2020-ci ilin noyabrında keçiriləcək Aİ-nin Peşəkar bacarıqlar həftəsi keçiriləcək.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.