Real nəticələr təmin edən rəqəmsal texnoloji həllər: EU4Digital təşəbbüsü elektron səhiyyə üzrə yeni kampaniya həyata keçirib

  • Tarix: 29/01/21
  • Paylaş:

Elektron səhiyyə üzrə texnologiyalar Şərqi tərəfdaşlıq ölkələrində səhiyyə sistemini necə dəyişir və Avropa İttifaqı bu istiqamətdə hansı dəstəyi təmin edir? EU4Digital, layihənin tərəfdaş ölkələrdə elektron səhiyyə sahəsində texnoloji həllərə verdiyi dəstəyinə dair kampaniya həyata keçirərək, mövcud pandemiya dövründə elektron səhiyyənin vacib əhəmiyyətini və qarşıdakı illərdə gözlənilən nəticələri ön plana çəkib.

Yerli mətbuatda və sosial mediada təbliğ olunan kampaniya, yerli media tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində hazırlanan bir sıra həyat hekayələri ətrafında qurulmuşdur. Həmin nəşrlərdə Şərqi tərəfdaşlıq ölkələrində tətbiq olunan texnoloji həllərdən, onların icrasındakı problemlərdən, o cümlədən Avropa İttifaqının və EU4Digital təşəbbüsünün dəstəyindən bəhs edilir.

Məqalələri buradan oxuya bilərsiniz:

Bir sıra infoqrafik videolar vasitəsilə sosial media paylaşımlarında elektron səhiyyənin əhəmiyyəti vurğulanıb və bu sektordakı uğurlu innovasiyalar nümayiş olunub.

Kampaniyada həmçinin əsas sahələrdəki fəaliyyətləri təsvir edən məlumat bülleteni və  mövzu ilə bağlı praktiki suallara cavab verən bir sıra elektron kartoçkalar vasitəsilə EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin gördüyü işlər təbliğ olunub.