KOM-ların rəqəmsal transformasiyası – pulsuz seminar

  • Tarix: 25/06/20 – 25/06/20
  • Paylaş:

İyunun 25-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Ermənistandakı nümayəndəliyi Avropa İttifaqının maliyyə dəstəyi və EU4Business təşəbbüsü çərçivəsində “Kiçik və orta ölçülü müəssisələrin rəqəmsal transformasiyası” mövzusunda onlayn seminar keçirəcək.

KOM-ların rəqəmsal transformasiyası, əməliyyatların rəqəmsallaşdırılması və yeni texnologiyaların səmərəli şəkildə tətbiqi ilə daha çox fayda əldə etmək üçün təşkilatların və ya şirkətlərin iş metodlarını və strategiyalarını yenidən təşkil etdikləri bir prosesdir.

Bu mövzu, COVID19 böhranı dövründə daha böyük əhəmiyyətə malikdir və müəssisələrin rəqəmsal transformasiya prosesini təcili şəkildə sürətləndirməyin vacibliyini vurğulayır.

Tədbirin məqsədi aşağıdakı kimidir: 

  • rəqəmsal transformasiyanın özəl sektor üçün əsas üstünlüklərini təqdim etmək, 
  • KOM-ların rəqəmsal transformasiyası, bu prosesin KOM-lara gətirdiyi əsas dəyərlər barədə məlumatlılığı artırmaq,
  • Ermənistanda Rəqəmsal Transformasiya Proqramının təqdimatı: əsas fəaliyyətlər və hərtərəfli multispektral tədqiqatın nəticələri,
  • mövzunun Ermənistanda və ondan kənarda inkişaf etdirilməsi imkanları ilə bağlı əsas tərəflərlə dialoqa başlamaq. 

Sözügedən seminar, innovasiyalar və sahibkarlıq ekosistemlərinin qurulması üzrə yüksək səviyyəli mütəxəssis, Avropa Komissiyasının Avropa İnnovasiya Şurası Akseleratorunun üzvü Çus Lozano və innovasiyalar və sahibkarlıq üzrə yerli ekspert Arusyak Xudaverdyanın rəhbərliyi altında keçiriləcək.

Tədbirdə istənilən maraqlı tərəflər iştirak edə bilər. İşçi dili İngilis dilidir.

Tarix: 25 iyun saat: 17:00 (Yerevan vaxtı ilə, GMT+4)

Qeydiyyat üçün keçid: https://bit.ly/EBRD_Digit