Rəqəmsal bacarıqlar şəbəkəsinin seminarı

  • Tarix: 25/06/20 – 25/06/20
  • Paylaş:

EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi 2020-ci il iyun ayının 25-də videokonfrans formatında iclas təşkil etməyi planlaşdırır. Tədbirdə Rəqəmsal bacarıqlardakı boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə ümumi metodologiyanın hazırlanması və EU4Digital proqramı tərəfindən dəstəklənən KOM-lar və mikromüəssisələr üzrə vahid səlahiyyət bazası ilə bağlı görülən işlərin nəticəsi müzakirə olunacaq. Sözügedən şəbəkə dördüncü sənaye inqilabı (Industry 4.0) üzrə rəqəmsal bacarıqlar, qadınlar üçün mentorluq proqramları və rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi kimi mövzulara dair təlim və konfranslar keçirməyi planlaşdırır.

Bu tədbir şəbəkənin 2020-ci ildə keçirəcəyi 2-ci iclası olacaq. Şəbəkə üzvləri, Covid-19 ilə əlaqədar səyahət məhdudiyyətlərinin qüvvədə olduğu müddətdə şəbəkənin iclasları daxil olmaqla çoxlu sayda fəaliyyətin onlayn rejimdə keçirilməsinə qərar veriblər. İclasın məqsədi əvvəlki tədbirlərin nəticələrini əlaqələndirmək və EU4Digital proqramının dəstəyi ilə 2020-ci ilin yaz və payız aylarında keçirilməsi planlaşdırılan tədbirlərin növbəti addımları barədə razılığa gəlməkdir. EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi Şərqi tərəfdaş ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir. EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərin təşkili, KOM-lar və mikromüəssisələr üzrə rəqəmsal səlahiyyət bazasının yaradılması və rəqəmsal bacarıqlar sahəsində boşluqların ölçülməsi və proqnozlaşdırılması kimi bir sıra fəaliyyətlər vasitəsilə sözügedən şəbəkənin işinə dəstək verir.