EU4Digital ŞT regionunda genişzolaqlı rabitəyə dair strategiyalar

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna
  • Müddəti: 2018-2020
  • Aİ töhfəsi: €1 milyon

Dünya Bankı tərəfindən həyata keçirilən layihədə Şərqi Tərəfdaş ölkələrinə texniki yardım və bacarıqların artırılması sahəsində yardım göstərilərək həmin ölkələrdə genişzolaqlı rabitəyə dair milli strategiyaların müvafiq Aİ strategiyalarına uyğun olaraq hazırlanması və qısa zamanda icrasına dəstək verilməsi nəzərdə tutulub.

Məqsədlər

Layihənin əsas məqsədi ŞT regionunda oxşar Aİ strategiyalarına uyğun olaraq genişzolaqlı rabitəyə dair milli strategiyaların həyata keçirilməsi vasitəsilə genişzolaqlı rabitənin tətbiqinin sürətləndirilməsidir. ŞT regionunda genişzolaqlı rabitənin tətbiqinin sürətləndirilməsi, ÜDM-i artırmaq potensialı (ŞT regionunda təkcə stasionar genişzolaqlı rabitə 2,9 milyard avro və 4,3 milyard avro arasında qiymətləndirilir) ilə yanaşı, müəssisələr və vətəndaşlar üçün elektron xidmətlərin tətbiqi məqsədilə zəruri bağlantının qurulması baxımından da vacib əhəmiyyət daşıyır.  

Fəaliyyətlər

Layihədə aşağıdakı fəaliyyətlər icra edilir:

  • Müqayisəli təhlil və boşluqların təhlili
    Aİ-nin strukturu və Aİ-yə Üzv Dövlətlərin qabaqcıl təcrübələrini nəzərə almaqla bazarın cari vəziyyətində müqayisəli təhlilin və boşluqların təhlilinin həyata keçirilməsi. Dünya Bankı ölkələrin hər birində genişzolaqlı rabitə ilə bağlı mövcud dövlət strategiyalarının, qanunverici və normativ-hüquqi bazanın və genişzolaqlı rabitənin inkişafı ilə əlaqədar təcrübənin təhlilini həyata keçirir.

 

  • Qanunverici və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dəstək
    Boşluqların təhlilinə əsaslanaraq layihədə EU4Digital təşəbbüsünün müxtəlif şəbəkələri çərçivəsində həyata keçirilən fəaliyyətlər ilə əlaqəli və Aİ-nin qabaqcıl təcrübələrinə uyğun olaraq genişzolaqlı rabitənin, xüsusilə telekommunikasiyaların və rəqəmsal iqtisadiyyatın inkişafına şəraitin yaradılması məqsədilə tərəfdaş ölkələrin qanunverici və normativ-hüquqi bazasını təkmilləşdirməyə yönəlmiş ümumi yanaşmanın hazırlanmasında yerli qanunvericilərə və tənzimləyici qurumlara dəstək nəzərdə tutulub.
  • Genişzolaqlı rabitənin qurulmasına dəstək
    Sözügedən bank ŞT ölkələrində genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin qurulmasında yerli qanunvericilərə və tənzimləyici orqanlara dəstək verir. Genişzolaqlı rabitə infrastrukturunun və xidmətlərin tətbiqi, həm xərclərin azalması məqsədilə infrastrukturun qurulmasının koordinasiyası baxımından, həm də dövlət yardımı məqsədilə coğrafi sahələrin ağ, boz və qara sahələrə təsnif edilməsi baxımından bir-biri ilə əlaqəli iki rola malikdir.
  • Qabaqcıl təcrübə mübadiləsinin təşviqi
    Layihə çərçivəsində tərəfdaş ölkələr arasında genişzolaqlı rabitənin inkişafına dair qabaqcıl təcrübələrin mübadiləsini aparmaq məqsədilə tələbə əsaslanan texniki yardım təmin etmək üçün texniki missiyalar, seminarlar və tədbirlər təşkil edilir. Tədbirlərdə kənd yerlərində genişzolaqlı rabitəyə çıxış, radio dalğaların idarə edilməsi, beynəlxalq və regional transsərhəd əlaqələr, topdan və pərakəndə satış bazarlarının tənzimlənməsi, infrastrukturdan birgə istifadə nəticəsində xərclərin azaldılması, yerdə qalan bazar boşluqlarının aradan qaldırılması ilə bağlı dövlət yardımı və tələbatı sadələşdirən tədbirlər diqqət mərkəzində saxlanılır.
  • Genişzolaqlı rabitəyə dair strategiyaların formalaşdırılması və icrasına dəstək
    Layihədə spesifik mövzulara dair texniki yardım və onların fəaliyyət planlarına düzəlişlərin tövsiyəsi vasitəsilə genişzolaqlı rabitə ilə bağlı strategiyaların hazırlanması və ya yenilənməsində Şərqi Tərəfdaş ölkələrinə dəstək verilir. Layihədə həmçinin özəl sektor ilə tərəfdaşlıq çərçivəsində inkişafı təşviq edən tərəfdaşlar tərəfindən dəstəklənə biləcək mümkün investisiya proqramlarını müəyyən etmək üçün tərəfdaşlarla əməkdaşlıq nəzərdə tutulub.

Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini artırmaqla və sadələşdirilmiş nə…

Azərbaycan | 19/10/21

Hamısına bax