Avropa İttifaqı EU4Digital təşəbbüsü çərçivəsində Şərqi tərəfdaş ölkələrində rəqəmsal iqtisadiyyat və cəmiyyətin inkişafına dəstək verir və vətəndaşlar, dövlət orqanları və müəssisələr üçün regionda rəqəmsal bazarların uyğunlaşdırılmasına şərait yaradır.
2016-cı ilin oktyabrında keçirilən Şərqi Tərəfdaşlıq Ölkələri Nazirlərinin Rəqəmsal Cəmiyyətə dair Görüşündə təsis edilən spesifik siyasət sahələrinə altı tərəfdaş ölkədə və Aİ-yə üzv dövlətlərdə məsul olan EU4Digital şəbəkəsinin fəaliyyəti bu məqsədə nail olmaqda mühüm rol oynayır. EU4Digital şəbəkələri, Şərqi Tərəfdaşlıq ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin, birgə layihələrin və yol xəritələrinin hazırlanmasını təşviq edir və vətəndaşların həyatını yaxşılaşdırmaq və müəssisələrin rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyan konkret və əldə oluna bilən praktiki nəticələrə yönəlmişdir.
Telekommunikasiya şəbəkəsi
Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EapPeReg), Elektron Rabitə Şəbəkələri və Xidmətlər üzrə Milli Tənzimləyici Orqanın müstəqil platformasıdır. EapPeReg şəbəkəsi daxilində üç əsas işçi qrupu – Rouminq mütəxəssis işçi qrupu (REWG), Bençmarkinq mütəxəssis işçi qrupu
(BEWG) və Spektr mütəxəssis işçi qrupu (SEWG) fəaliyyət göstərir.
Əsas iştirakçılar bunlardır:
- Rabitə və informasiya texnologiyaları, yüksək texnologiyalar, iqtisadiyyat və dayanıqlı inkişaf sahələrinə məsul nazirliklər.
- Elektron rabitə şəbəkələri və xidmətləri üzrə tənzimləyici orqanlar.
http://eapereg.org
Etimad və təhlükəsizlik şəbəkəsi
Etimad və təhlükəsizlik şəbəkəsi, bir-birini qarşılıqlı əvəz edən transsərhəd elektron hökumət xidmətləri üçün bütün mühüm komponentlərin, internetin açıq olması və internet sahəsində azadlığı qoruyub saxlayan vasitə kimi rəqəmsal iqtisadiyyat və kibertəhlükəsizlik sahəsinə etimadın əhəmiyyətinə yönəlmişdir. Bu şəbəkə aşağıdakıları müəyyənləşdirir:
- Etimad xidmətləri (elektron imzalar, elektron möhürlər, müvəqqəti elektron nişanlar, elektron qeydiyyatlı çatdırılma xidmətləri və internet səhifələrinin identifikasiyası);
- İqtisadiyyatın əsas sahələrində vacib əhəmiyyət daşıyan infrastrukturun dayanıqlığını artırmaq üçün kibertəhlükəsizlik.
Əsas iştirakçılar bunlardır:
- Rabitə və informasiya texnologiyaları, infrastruktur, iqtisadi inkişaf və daşınma kimi ictimai xidmətlər sahələrinə məsul nazirliklər.
- Kibertəhlükəsizlik, kəşfiyyat xidməti, ictimai xidmətin inkişafı və elektron idarəçilik sahələrinə məsul idarələr.
Elektron ticarət şəbəkəsi
Elektron ticarət şəbəkəsi tam idxal-ixrac dövriyyəsinin rəqəmsal cəhətlərini əhatə edir. Ticarət, gömrük, logistika və transsərhəd prosedurlar daxil olmaqla, bu mövzunun bir çox cəhətlərini əhatə edir. Bu şəbəkədə elektron identifikasiya, rəqəmsal etimad xidmətləri, şəbəkə və informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri diqqət mərkəzindədir.
Əsas iştirakçılar bunlardır:
- Ticarət, illik gəlir, iqtisadi inkişaf və gömrük sahələrinə məsul nazirliklər.
- Rəqəmsal və İT sahəsində fəaliyyət göstərən hökumət qurumları/idarələri, məlumat mübadiləsi qurumları və kibertəhlükəsizlik ilə əlaqədar institutlar.
İKT-nin innovativ inkişafı şəbəkəsi
İKT-nin innovativ inkişafı şəbəkəsi, “Üfüq-2020” (Horizon 2020) və Aİ-nin “Startap Avropa” təşəbbüsü (Start-up Europe) çərçivəsində Aİ-də həyata keçirilən oxşar səylər nəzərə alınaraq Şərqi tərəfdaş ölkələrində İKT-yə dair tədqiqatların, startapların və innovasiya ekosistemlərinin təşviqinə yönəlmişdir. Bu işin qabaqcıl elmi araşdırmaların və transsərhəd sərmayələrin paylaşılmasını yaxşılaşdıracağı, eyni zamanda tərəfdaş ölkələrdən olan startapların Aİ bazarlarına və əksinə asanlıqla çıxışını təmin edəcəyi gözlənilir.
Əsas iştirakçılar bunlardır:
- Rabitə və informasiya texnologiyaları, ictimai xidmətlər və sosial innovasiya sahələrinə məsul nazirliklər.
- İnnovasiya agentlikləri, İKT biznes şuraları və elmi və texnoloji assosiasiyalar/parklar.
Elektron səhiyyə şəbəkəsi
Elektron səhiyyə şəbəkəsinin məqsədi ŞT tərəfdaş ölkələri üzrə çətinlikləri müəyyən etmək və elektron səhiyyə, eləcə də aktiv və sağlam qocalma sahəsində regional uyğunlaşdırma tövsiyələri təqdim etməkdir.
Əsas iştirakçılar bunlardır:
- Səhiyyə, məşğulluq və sosial işlər sahələrinə məsul nazirliklər.
- Digər iştirakçılara sığorta şirkətləri, elektron səhiyyə sahəsində çalışan qurumlar, siyasət məktəbləri və s. daxildir.
Elektron bacarıqlar şəbəkəsi
Elektron bacarıqlar şəbəkəsində Aİ-nin rəqəmsal bacarıqlar və iş yerləri koalisiyası nəzərə alınmaqla ŞT ölkələrində rəqəmsal bacarıqlara dair milli strategiyaların formalaşdırılması və icrası, xüsusilə rəqəmsal sahələrdə iş yerləri üzrə milli koalisiyaların yaradılması nəzərdə tutulub.
Əsas iştirakçılar bunlardır:
- Təhsil, məşğulluq və iqtisadiyyat sahələrinə məsul nazirliklər.
- Sənaye təşkilatları/assosiasiyalarının, dövlət universitetlərinin və təlim təminatçılarının nümayəndələri.