Elektron kommersiyaya əngəl törədən maneələr nədir və EU4Digital bu sahədə necə kömək edir?

  • Tarix: 24/04/20
  • Paylaş:

Elektron kommersiya və ya e-kommersiya malların kompüter şəbəkələrində aparılan elektron əməliyyatlar vasitəsilə satılmasıdır. Aİ-də vahid bazar mövcud olduğundan ittifaqa üzv olan dövlətlər arasında məhsul və xidmətlərin pulsuz mübadiləsinə icazə verilir. Lakin elektron ticarətə dair qanunvericilik, standartlar və ekosistemdə mövcud olan fərqlər səbəbindən Aİ və Şərqi tərəfdaş ölkələri arasında bu cür mübadiləni həyata keçirmək elə də asan deyil.

Məsələn, dünyanın istənilən ölkəsi ilə ticarət əlaqələrinə sahib Aİ müəssisələri, məhsulların ümumi təhlükəsizlik tələblərinə cavab verdiyinə inanmaq istəyirlər, lakin Aİ və Şərqi tərəfdaş ölkələrində standartlar və qanunvericiliyin uyğunlaşdırılmadığı üçün maneələrlə üzləşirlər. 

Bundan əlavə, Aİ 2021-ci ildə Elektron kommersiya üzrə yeni ƏDV paketini təqdim edib. Bu genişmiqyaslı islahat Avropada və ondan kənarda elektron kommersiya proseslərinə təsir edir və müəssisələr və hökumətlər bunun təsiri haqqında az məlumatlıdır. Hazırki dövrdə Şərq Tərəfdaşlığı ölkələrinin elektron kommersiyaya keçməsi və uyğunlaşması üçün dəstəyə ehtiyacı var.

EU4Digital təşəbbüsünün elektron kommersiya ilə bağlı fəaliyyətləri çərçivəsində üç sahənin, xüsusilə aşağıdakıların uzlaşdırılması ilə Aİ ilə elektron ticarətin asanlaşdırılması üçün tövsiyələrin verilməsi nəzərdə tutulub: 

  • Qanunvericilik
  • Standartlar 
  • Elektron kommersiya ekosistemi

Bu tövsiyələrin məqsədi aşağıdakı kmidir:

  • Transsərhəd elektron kommersiya sahəsindəki maneələrin aradan qaldırılması;
  • Transsərhəd elektron kommersiyanın həcminin artırılması;
  • Məlumatlılığın artırılması və tərəfdaşlıq ölkələrini Aİ-nin 2021-ci ildə elektron kommersiya sahəsindəki dəyişikliklərinə hazırlamaq.

Aİ və Şərq Tərəfdaşlığı ölkələrinə faydalı olması üçün sözügedən təhlil daha sonra konkret problemlərin müəyyənləşdirilməsi və bu problemlərin həlli üçün pilot texnoloji həllin işlənib hazırlanması və icrası üçün istifadə edilib. Nəticədə EU4Digital üç ölkədə – Azərbaycan, Ermənistan və Gürcüstanda virtual anbarlar yaradaraq Elektron kommersiya üzrə pilot layihənin icrasına başlayıb. Məqsəd pərakəndə satıcıları, bazarları, karqo şirkətlərini və gömrük orqanlarını dəstəkləmək, o cümlədən məhsulların xaricdə satılması və transsərhəd çatdırılma üçün şərait yaratmaqdır.

Virtual anbar elektron ticarətdə satışa çıxarılan məhsullar haqqında məlumatları Aİ və beynəlxalq tələblərə cavab verən formatda təqdim edir. Anbara daxil olduqdan sonra məhsullar eBay və ya Etsy kimi istənilən sayda beynəlxalq onlayn bazarda satıla bilər və standartlaşdırılmış məlumatlar poçt xidmətlərinin göndərilmə işinə başlamağına imkan verir və transsərhəd gömrük prosedurlarının təmin edilməsinə şərait yaradır.

Elektron kommersiya üzrə pilot layihə haqqında daha ətraflı öyrənmək üçün: 

Ermənistanda hazırlanan corabların Almaniyaya satışı: EU4Digital proqramının Elektron kommersiya sahəsinə dəstəyi ilə Aİ bazarları tərəfdaşlıq ölkələrinə yaxınlaşır

Avropa bazarına cəmi bircə kliklə – Aİ Gürcüstanda Elektron kommersiyanı necə dəstəkləyir

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir