EaPConnect layihəsinin yeni fazasına başlamazdan əvvəl nailiyyətləri nəzərdən keçirilir

  • Tarix: 30/06/20
  • Paylaş:

İyul ayından etibarən Aİ-nin Şərq Qonşuluğu regionunda rəqəmsal mühiti gücləndirmək məqsədi daşıyan Aİ və Şərq Tərəfdaşlığı (ŞT) arasında yenilənmiş siyasi iradənin dəstəklədiyi və Aİ tərəfindən maliyyələşdirilən EaPConnect layihəsinin ikinci fazası icra olunmağa başlayacaq.

GÉANT şəbəkəsinin fəaliyyəti, xidmətləri və şəbəkələri ilə daha sıx inteqrasiya, eləcə də Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada tədqiqat və təhsil sahələrinə və daha geniş ictimaiyyətə verilən faydalar son beş ildə EaPConnect layihəsinin əsas nailiyyətləridir.

Bağlantı çox mühüm əhəmiyyət daşıyır

EaPConnect layihəsi icra olunmazdan əvvəl Şərqi tərəfdaş ölkələri və GÉANT adlı ümumavropa şəbəkəsi arasında bağlantı birbaşa deyildi, aşağı tutumlu idi və ya tamamilə mövcud deyildi. Hazırda bütün ölkələrlə Gürcüstan, Azərbaycan, Moldova, Ukrayna və Belarus arasında bağlantı on qat daha güclüdür, Ermənistan ilə isə təxminən 7 qat daha güclüdür. GÉANT ilə əməkdaşlıq çərçivəsində baş tutan satınalmalar sayəsində Belarus və Ukraynada internet bağlantısının qiymətini təxminən 60%, Cənubi Qafqaz ölkələrində isə təxminən 80% aşağı salmaq mümkün olmuşdur.

İrihəcmli məlumatların tələb olunduğu tədqiqatlar üçün bağlantının təkmilləşdirilməsi çox böyük əhəmiyyət daşıyır. Məsələn, Ukrayna və Belarusda çalışan yüksək enerji sahəsiz üzrə fiziklər, Avropa Nüvə Tədqiqatları Mərkəzindəki (CERN) Böyük Hadron Kollayderində təcrübələrindən istifadə edərək kainatın əsas sirlərini açmağa çalışırlar.

Xidmətlər və dəstək

Təxminən 800 min tələbə, tədqiqatçı və universitet, tədqiqat institutları və layihəyə qoşulmuş digər qurumların işçi heyəti EaPConnect layihəsinin tərəfdaş şəbəkələri və xidmətlərindən istifadə etmək imkanına malikdir. Layihənin icrası zamanı layihəyə qoşulmuş digər qurumların sayı Gürcüstanda (17%), Ermənistanda (26%) və Azərbaycanda (58%) olmaqla əhəmiyyətli dərəcədə artmışdır.

Onlayn görüşlərin və təhsil vasitələrinin təmin olunması COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində daha da sürətləndirilmiş və böhran dövründə təhsilin fasiləsiz davam etməsini təmin etmişdir.

Layihənin tərəfdaşlarının bulud xidmətləri də artmışdır. Belə ki, artıq onlardan 126 təşkilat istifadə edir; məsələn, Ukraynadakı akademik nəşrlər üçün, Gürcüstanda iqlim dəyişikliyini proqnozlaşdırmaq üçün, Ermənistanda ekstremal hava şəraitini proqnozlaşdırmaq üçün və Moldova və Belarusdakı rentgen və tamoqrafiya təsvirləri ilə iş və onların təhlili üçün.

İcma və əməkdaşlıq

EaPConnect, ŞT tərəfdaşları, digər milli tədqiqat və təhsil şəbəkələri (MTTŞ) və elektron infrastrukturlar arasında məhsuldar şəbəkələr qurmuşdur. On Avropa və üç Avropaya aid olmayan MTTŞ layihəyə qoşulmuş tərəfdaşdırlar; praktiki texniki əməkdaşlıqlar yaratmaq məqsədi daşıyan mentorluq proqramları nəticəsində artıq Ermənistanda kompüter insidentlərinə cavab qrupu yaradılmışdır.

Layihənin “EaPEC” adlı dörd konfransında 50-dən artıq təşkilatdan təqribən 530 nəfər iştirak edərək “Tədqiqat proqramına işıq sal” layihəsi çərçivəsində seçilmiş 22 layihə təqdim ediblər. 30 təlim tədbiri və seminarı təxminən 500 iştirakçıya görüşmək və birlikdə öyrənmək imkanı qazandırmışdır. Bu tədbirlər, tədqiqatçılar, milli nazirliklər və qurumlar ilə əlaqələr yaratmağa və gücləndirməyə, eləcə də tərəfdaşların fəaliyyətlərinin yerli və milli kütləvi informasiya vasitələrində işıqlandırılmasına kömək etmişdir.

EaPConnect haqqındaEaPConnect” layihəsinin məqsədi Aİ-nin Şərqi tərəfdaş ölkələrində, yəni Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada regional tədqiqat və təhsil şəbəkəsinin yaradılmasıdır. Layihə ümumilikdə rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına, regionlararası bağlantının yaxşılaşdırılmasına və yerli alimlərin, tələbələrin və təhsil işçilərinin tədqiqat və təhsil sahəsindəki qlobal əməkdaşlıqlarda iştirakına şəraitin yaradılmasına yönəlmişdir.

Hesabatı tam şəkildə buradan oxuyun