5-26 sentyabr tarixlərində Ermənistanın paytaxtı Yerevanda keçiriləcək Şərq Tərəfdaşlığında Elektron İnfrastruktura dair 4-cü Konfrans üçün qeydiyyata başlanmışdır.
Bu il konfrans “Mədəniyyət vasitəsilə əlaqələrin qurulması” mövzusunda keçirilir. Qanunvericilər, tədqiqatlara rəhbərlik edən şəxslər və şəbəkələşmə, mədəni irs, tədqiqat və təhsil üçün yüksək məhsuldarlığa malik hesablama üzrə mütəxəssislər, eləcə də konfransın mövzularını tədqiq etməkdə maraqlı olan istənilən şəxslər tədbirdə iştirak edə bilərlər.
Konfransın mövzuları arasında elektron infrastruktur tətbiqləri, açıq və elektron elm, kibertəhlükəsizlik, kompüter vasitəsilə təhsil və süni intellekt, xidmət qismində bulud və ya infrastruktur, rəqəmsal kitabxanalar və mədəni irsin rəqəmsallaşdırılması da var.
Qeydiyyat prosesi haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.
Sözügedən konfrans EaPConnect (Eastern Partnership Connect) layihəsinin Aİ və onun Şərqi tərəfdaş ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) fəaliyyət göstərən tədqiqat və təhsil icmaları arasında qarşılıqlı əlaqələrin qurulması məqsədi çərçivəsində təşkil edilir.