Şərqi tərəfdaş ölkələrindəki startaplar Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Baltik ölkələrində aparıcı startap akseleratoru olan “Startup Wise Guys” arasında qurulan yeni əməkdaşlıqdan faydalananlar sırasında olacaqlar.
AYİB regionu ölkələrində maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər xüsusi internet səhifəsi vasitəsilə fərdi akselerator proqramı üçün müraciət edə bilərlər. Bu səhifədə maliyyə texnologiyaları sahəsində görülən son işlər və adı çəkilən bankın rəqabət qabiliyyətli və dayanıqlı iqtisadiyyatların inkişafına dəstəyindən bəhs edir. Proqramın məqsədi, maliyyə texnologiyalarına dair geniş miqyaslı işlər dəstək vermək, o cümlədən Covid-19 sonrası bərpa prosesinə dəstək verəcək istənilən maliyyə texnologiyası üzrə texnoloji həllərin yaradılmasıdır.
Seçilmiş namizədlər beş aylıq intensiv təlim proqramında iştirak etməklə yanaşı, hazırlıq səviyyələrinə görə “Startup Wise Guys”-dan 100 min avroya qədər sərmayə əldə edə biləcəklər. Bu da onların son dərəcə yeni kəşfinə təkan ola bilər. Eyni zamanda beynəlxalq mentorlar qrupu təcrübə və məsləhətlərini iştirakçılarla bölüşəcək.
Maliyyə texnologiyaları üzrə akselerator proqramında əsasən maliyyə texnologiyaları, daşınmaz əmlak texnologiyaları, tənzimləmə texnologiyaları, sığorta texnologiyaları, analitika və kibertəhlükəsizlik (Fintech, PropTech, RegTech, InsurTech, Analytics və Cybersecurity) sahələrində çalışan startaplar iştirak edə bilər. Sözügedən proqram erkən mərhələdə olan komandalar və daha yüksək hazırlıq səviyyəsinə malik komandaların ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.
Ərizələr avqustun 28-nə qədər qəbul olunacaq.
Startap proqramı oktyabr ayından etibarən Litvanın paytaxtı Vilnüsdə icra olunmağa başlayacaq. Proqramı TaiwanBusiness – AYİB Texniki Əməkdaşlıq Fondu birgə maliyyələşdirir. Daimi qaydada icra olunacaq proqram yerli və onlayn modullardan ibarətdir.
Proqramın Litvada icra olunmasına baxmayaraq, ərizəçilərin coğrafi yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Altı Şərqi tərəfdaş ölkəsi daxil olmaqla, istənilən AYİB regionunda fəaliyyət göstərən startaplar proqramda iştirak etməyə dəvətlidirlər. Seçim mərhələsindən keçmiş ərizəçilər, yuxarıda adı çəkilən bankın məqsədilərinə uyğun olaraq texnoloji həllərin yaradılmasına yönəlmiş “AYİB dəstəsi” (EBRD Cohort) adlı qrupda yerləşdiriləcəklər.
“Startup Wise Guys”, erkən mərhələdə olan aparıcı akseleratorlardan biri kimi tanınır və 2012-ci ildən etibarən 45 ölkədən təsisçi və 200-dən artıq beynəlxalq mentorun dəstəyi ilə 19 sürətləndirmə proqramı həyata keçirmişdir. Onun adı Avropada fəaliyyət göstərən on ən yaxşı akselaratorlar sırasına daxil edilib və 2019-cu ildə Mərkəzi və Şərqi Avropa (CEE) üzrə ən yaxşı müəssisə fondu (VC) adına layiq görülüb.
Bu proqram, “Startup Wise Guys” akseleratorunun AYİB ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi ilk, maliyyə texnologiyaları üzrə təşkil etdiyi dördüncü belə proqramdır. Mərkəzi və Şərqi Avropadakı hökumətləri fəal şəkildə dəstəkləyən AYİB, maliyyə texnologiyaları sahəsində tənzimləyici bazanı, məsələn, maliyyə texnologiyaları üzrə yeni texnoloji həllərin mövcud tənzimləmə mühitində sınaqdan keçirilə biləcəyi tənzimləyici qum qutularının qurulması, yol xəritələrinin hazırlanması və digər siyahət fəaliyyətlərinə cəlb edilməsi yolu ilə bankın regionlarında maliyyə texnologiyaları ekosisteminin inkişafı istiqamətində növbəti addım olacaq.
“TaiwanBusiness-EBRD Texniki Əməkdaşlıq Fondu kimi AYİB bölgələrində maliyyə texnologiyaları üzrə çalışan startapları inkişaf etdirmək üçün Startup Wise Guys ilə yeni əməkdaşlığa başlamaqdan məmnunuq. Keçid dövründə olan iqtisadiyyatlarla işləyən bank olaraq iqtisadiyyatlarımızda əldə olunan irəliləyişlər bizi irəli getməyə vadar edir və maliyyə texnologiyaları bu prosesin həyəcanverici hissəsidir. “Startup Wise Guys” ilə əməkdaşlıq bu işə yeni bir həcm əlavə edir, bunun sayəsində regionlarımızda innovativ texnologiyaları təşviq etməklə yanaşı, AYİB-in hərtərəfli strateji hədəflərinə çatmağa çalışırıq”. Bu sözləri AYİB-inYerli valyuta və kapital bazarları departamentinin rəsmisi Jaçek Kubas deyib.
AYİB-in mətbuat üçün açıqlaması