EU4Digital tənzimləyici orqanların müstəqilliyinin qiymətləndirilməsi ilə bağlı ilkin nəticələri təqdim edib
Tarix: 12/10/20
2020-ci il oktyabrın 7-də EU4Digital proqramının təşkil etdiyi virtual görüş zamanı Milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyinə dair müzakirələr aparılıb. Müzakirələrin aparıldığı tədbir 5-9 oktyabr tarixlərində baş tutan EU4Digital təşəbbüsü Koordinasiya komitəsinin iclası çərçivəsində keçirilib.
Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun (IRB EWG) üzvləri, Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurasının (BEREC) nümayəndələri, Avropa Komissiyasının (DG CONNECT, DG TRADE, DG NEAR) rəsmi şəxsləri, Rəqəmsal bazarların uzlaşdırılması üzrə (HDM) koordinatorlar, Aİ Nümayəndəliklərinin əməkdaşları və Şərqi tərəfdaşlıq ölkələrindən digər maraqlı şəxslər daxil olmaqla, 50-dən artıq iştirakçı müzakirələrə qatılıb.
Tədbir zamanı EU4Digital proqramının Telekommunikasiya qaydaları proqramının rəhbəri Andres Dombrovoskis MTO-ların müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiya, eləcə də hər bir Şərqi tərəfdaşlıq ölkəsinin qiymətləndirilməsində tətbiq olunan kriteriyaları təqdim edib. Qiymətləndirmə kriteriyasına idarəçilik, o cümlədən səlahiyyət və vəzifələr daxildir. Bundan əlavə, hər bir tərəfdaşlıq ölkəsində tənzimləyici orqanların müstəqilliyi və səlahiyyətlərdə olan boşluqların qiymətləndirilməsinə dair metodologiyanın həyata keçirilməsi ilə yanaşı, müəyyən edilmiş boşluqların aradan qaldırılması və hər bir ölkə üzrə spesifik tövsiyələrin icrasını nəzərdə tutan növbəti işlər təqdim edilib.
“Həm metodologiya, həm də boşluqların qiymətləndirilməsinə dair hesabat, ŞT ölkələri tərəfindən MTO-ların müstəqilliyinin qiymətləndirilməsi və ŞT regionunda MTO-ların müstəqilliyinin gücləndirilməsi üçün lazımi islahatların həyata keçirilməsi üçün təlimatlar qismində istifadə oluna biləcək alətlərdir”, – deyə EaPeReg Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupunun rəhbəri (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) İnqa Popoviçi bildirib.
Onun ardınca BEREC-in vitse-prezidenti Ceremi Qodfri bildirib: “Tənzimləyici orqanların müstəqilliyinin bu qədər əhəmiyyətli olmasının səbəblərindən biri onların bu sektora sərmayə qoyuluşuna dəstək verməsidir. Tənzimləyici orqanlar əslində kifayət qədər geniş səlahiyyətlərə malikdir və verdikləri qərarlar bazar iştirakçılarının iqtisadi maraqlarına əhəmiyyətli dərəcədə təsir göstərir”.
O, BEREC-in dəstək verməyə hazır olduğunu da dilə gətirib: “Bu həqiqətən gözəçarpan və əhəmiyyətli bir işdir və BEREC bu istiqamətdə irəliləyişlər əldə etmək üçün dəstək verməyə davam edəcək”. MTO-ların müstəqilliyi, EU4Digital proqramının Telekommunikasiya qaydaları tematik sahəsinin əhatə etdiyi üç əsas mövzudan biridir. EU4Digital proqramı, elektron rabitə sahəsində MTO-ların təşkilati və maliyyə müstəqilliyini gücləndirməyə çalışır. Fəaliyyətlərin hazırkı mərhələsində, MTO-ların müstəqilliyinin və hər bir ölkə üzrə səlahiyyətlərdəki boşluğunun qiymətləndirilməsinə dair hesabatların hazırlanması başa çatmaq üzrədir və 2020-ci ilin sonunadək hesabatların nəticələrinə əsasən ölkələrə xas fəaliyyət planlarının hazırlanması planlaşdırılır.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.