İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbiri
Tarix:
11/11/19 to 13/11/19
11-13 noyabr
tarixlərində İspaniyanın Malaqa şəhərində keçiriləcək “Uzlaşma – Qlobal Blokçeyn Konqresi
2019″ çərçivəsində EU4Digital
proqramı tərəfindən ŞT startapları və böyüməkdə olan şirkətlər, biznes
assosiasiyaları, İKT infrastrukturu sahəsində çalışan təşkilatlar və blokçeyn
sahəsi ilə bağlı qanunvericilər üçün İKT-nin İnnovativ İnkişafı üzrə 1-ci
şəbəkələşmə tədbiri təşkil olunacaq.
Sözügedən mühüm Qlobal Blokçeyn Konqresi
çəçivəsində həmçinin “ŞT regionu – Yeni yaranan bazarlarda rəqəmsal
innovasiyalar, blokçeyn və böyüməkdə olan şirkətlərə” həsr olunmuş panel
müzakirələr keçiriləcək. Bu sessiyanın məqsədi yeni yaranan bazarlarda rəqəmsal
innovasiyaların və texnologiyaların iqtisadi və sosial inkişafın təşviqində
oynadığı rola dair təcrübələri bölüşməkdir. Adı çəkilən sessiya əsasən
EU4Digital proqramı kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin əhəmiyyətinə
yönələrək innovasiyaya dair siyasətlər, rəqəmsal innovasiya ekosistemləri və
yeni yaranan bazar iqtisadiyyatlarında texnoloji startapların və KOM-ların
böyüdülməsi prosesi ilə əlaqədar mövzuları ətraflı tədqiq edəcək.
Tədbirin məqsədi bunlardır:
Qlobal blokçeyn icmasına inteqrasiyada rəqəmsal innovasiyaların və ya
müxtəlif növ maraqlı tərəflərin üzləşdikləri problemləri anlamaq
ŞT ölkələrində blokçeyn üzrə icmanın yaradılmasına kömək (ŞT Blokçeyn
Operativ İşçi Qrupu)
ŞT-dən olan maraqlı tərəflərin qlobal blokçeyn proqramını daha dərindən
anlamasına kömək
ŞT ölkələri nümayəndələrinin Qlobal Blokçeyn Konqresinin
iştirakçıları ilə görüşünə dəstək
ŞT ölkələrində blokçeyn sahəsində fəaliyyət göstərən startaplar və ya
böyüməkdə olan şirkətlərin qlobal blokçeyn icmasına təqdimatı
EU4Digital proqramı kontekstində şəbəkələşmə sxemləri və formalarının
pilot layihə şəklində icrası
Gözlənilən nəticələr:
ŞT-dən olan maraqlı tərəflər və Qlobal Blokçeyn Konqresinin
iştirakçıları arasında şəbəkələr qurulacaq
Yaradılmış
ŞT Blokçeyn Operativ İşçi Qrupu Avropa Komissiyasının blokçeyn məsələləri ilə
bağlı ŞT regionunda vahid əlaqə mərkəzi kimi fəaliyyət göstərəcək
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.