Milli tənzimləyici orqanların müstəqilliyi

  • Tarix: 07/10/20 – 07/10/20
  • Paylaş:

Oktyabrın 7-də EU4Digital proqramının Koordinasiya komitəsinin iclası çərçivəsində baş tutacaq paralel virtual tədbirdə Milli tənzimləyici orqanların (MTO-lar) müstəqilliyinə dair müzakirələr keçiriləcək.

Tədbir Avropa Komissiyasının maliyyə dəstəyi ilə EU4Digital proqramı tərəfindən təşkil edilir. Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə Mütəxəssis İşçi Qrupu (IRB EWG) üzvlərinin, Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurasının (BEREC) nümayəndələrinin, Rəqəmsal bazarların uzlaşdırılması üzrə (HDM) koordinatorların, Avropa Komissiyasının (DG CONNECT, DG TRADE, DG NEAR) nümayındələrinin, Aİ Nümayəndəlikləri əməkdaşlarının və Şərqi tərəfdaşlıq ölkələrindən digər maraqlı şəxslərin müzakirələrə qatılacağı gözlənilir. Tədbir, Şərqi tərəfdaşlıq ölkələri tənzimləyici orqanlarının müstəqilliyinin qiymətləndirilməsinə dair metodologiyanın təşviqinə və boşluqların qiymətləndirilməsi üzrə ilkin nəticələrin təqdimatına yönəlmişdir. Tədbirdə həmçinin tənzimləyici orqanlar sahəsində Aİ-nin müvafiq normativ-hüquqi bazası və Aİ-nin qabaqcıl təcrübələri diqqət mərkəzində olacaq.