Oktyabrın 7-də EU4Digital proqramının Koordinasiya komitəsinin iclası çərçivəsində baş tutacaq paralel virtual tədbirdə ŞT və Aİ arasında rouminq tədqiq ediləcək.
Tədbir Avropa Komissiyasının maliyyə dəstəyi ilə EU4Digital proqramı tərəfindən təşkil edilir. Rouminq üzrə mütəxəssis işçi qrupunun (REWG) üzvlərinin, Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurasının (BEREC) nümayəndələrinin, Rəqəmsal bazarların uzlaşdırılması üzrə (HDM) koordinatorların, Avropa Komissiyasının (DG CONNECT, DG TRADE, DG NEAR) nümayındələrinin, Aİ Nümayəndəlikləri əməkdaşlarının və Şərqi tərəfdaşlıq ölkələrindən digər maraqlı şəxslərin müzakirələrə qatılacağı gözlənilir. Tədbirin əsas məqsədi, Şərqi tərəfdaşlıq ölkələri və Aİ-yə üzv dövlətlər arasında vahid beynəlxalq rouminq məkanının mümkünlüyünü araşdırmağa yönəlmiş EU4Digital proqramının Telekommunikasiya qaydaları adlı tematik istiqaməti çərçivəsində icra olunacaq yeni fəaliyyəti təqdim etməkdir.