Beynəlxalq Kibertəhlükəsizlik Forumu (FIC) 2020

  • Tarix: 15/01/20
  • Paylaş:

2020-ci il yanvarın 28, 29 və 30-da Fransanın Lill şəhərində kibertəhlükəsizlik və rəqəmsal etimad mövzusunda Avropanın aparıcı tədbirlərindən biri olan Beynəlxalq Kibertəhlükəsizlik Forumu (FIC) keçiriləcək.

Avropa kibertəhlükəsizlik ekosistemində fikir mübadiləsi və əməkdaşlığı təmin edən forum eyni zamanda kibertəhlükəsizlik sahəsi üzrə həllərin alıcı və satıcıları üçün sərgi rolunu oynayır. Sonuncu foruma 80 ölkədən 10 minə yaxın ziyarətçi baş çəkib.

Bu il forum “İnsanın kiberəthlükəsizliyin əsası kimi qiymətləndirilməsi” mövzusunda keçirilir.

Forumun məqsədləri aşağıdakılardır:

  • Rəqəmsal transformasiya iştirakçıları, risklərin idarə olunması üzrə mütəxəssislər, təhlükəsizlik üzrə ekspertlər, tərtibatçılar, yaradıcılar, hüquqşünaslar və s. maraqlı tərəfləri bir araya gətirməklə KİBERTƏHLÜKƏSİZLİK ÜZRƏ DEBATIN KEÇİRİLMƏSİ
  • AVROPA KİBERTƏHLÜKƏSİZLİK BAZARININ inkişafını sürətləndirmək.
  • Rəqəmsal etimad sahəsində innovasiyaları TƏŞVİQ etmək
  • Təşkilatların rəqəmsal transformasiyasına dəstək olmaq üçün kibertəhlükəsizliyə vahid yanaşmanı TƏŞVİQ ETMƏK.
  • Kibertəhlükəsizliyə birləşdirilmiş “yuxarıdan aşağı” və “aşağıdan yuxarı” yanaşmanı TƏŞVİQ ETMƏK
  • Özəl və dövlət sektoru, sənaye və təhsil qurumları və rollar və “peşələr” arasında “körpülər” yaratmaqla müxtəlif ekosistemlər arasında SİNERJİLƏR YARATMAQ.

Mətbuat üçün açıqlama

Proqram

Qeydiyyat