2021-ci il fevralın 24-də EU4Digital təşəbbüsü Elektron çatdırılma üzrə pilot layihənin yekunlaşmasına dair fəaliyyətləri çərçivəsində transsərhəd elektron ticarət üzrə işçi qrupunun birgə iclasını təşkil edir.
Virtual tədbir Ermənistan və Ukrayna arasında (ŞT ölkələri arasında) və Ukrayna və Polşa arasında (ŞT və Aİ arasında) Elektron çatdırılma üzrə pilot layihələrin uğurla yekunlaşmasına həsr olunur. İclasın bir neçə məqsədi var:
- Elektron çatdırılma üzrə pilot layihənin yekun nəticələrini təqdim etmək;
- pilot layihədə iştirak edən ölkələrin rəylərini və Elektron çatdırılma üzrə pilot layihənin gələcək icrasına dair planlar haqqında məlumatın verilməsi;
- Şərqi tərəfdaşlıq ölkələrində Elektron çatdırılma üzrə pilot layihənin tətbiqinə dair tövsiyələr vermək;
- Şərqi tərəfdaşlıq ölkələrində Elektron çatdırılma üzrə həlli sınaqdan keçirmək və daha da genişləndirmək üçün gələcək imkanları müzakirə etmək.
Tədbirin məqsədi aşağıdakılar daxil olmaqla 40-dan artıq iştirakçını bir araya toplamaqdır: EU4Digital ekspert komandası, altı Şərqi tərəfdaşlıq ölkəsindən Elektron ticarət üzrə işçi qrupunun nümayəndələri, eləcə də Elektron çatdırılma üzrə pilot layihənin digər müşahidəçiləri.
Pilot layihənin uğurlu icrası həm Aİ, həm də Şərqi tərəfdaşlıq ölkələri üçün uğurlu işlərdən biri hesab olunur, çünki sınaqdan keçirilən texnoloji həll məlumatların transsərhəd mübadiləsi üçün bir çox faydalarını nümayiş etdirib. Həmin faydalar pilot layihədə iştirak edən ölkələr – Ermənistan və Ukrayna tərəfindən qeyd olunaraq yüksək qiymətləndirilib. Transsərhəd tərəfdaşlarla çap sənəd əsaslı hesab-faktura mübadiləsi 10 iş günü ərzində, elektron çatdırılma ilə isə bir neçə saniyə ərzində mümkün olduğu aşkar edilib. Nəticə etibarilə bu, beynəlxalq biznes tərəfaşları ilə daha səmərəli kommunikasiya, vaxta və insan əməyinə qənaət ilə nəticələnir.
Pilot layihənin əhatə dairəsinin məhdud olmasına və yalnız pilot layihədə iştirak edən ölkələr arasında hesab-faktura məlumatlarının mübadiləsini sınaqdan keçirməsinə baxmayaraq, tədbirin daha geniş məqsədi var – altı Şərqi tərəfdaşlıq ölkəsini sözügedən texnoloji həllin tam miqyasda həyata keçirilməsinə və miqyasının daha da genişləndirilməsinə hazırlamaq. Bu məqsədlə, EU4Digital təşəbbüsünün komandası strateji bələdçi/tövsiyələrdən ibarət hesabat hazırlamaqla pilot lahiyə üzrə fəaliyyətlərini yekunlaşdırıb. Hesabatda pilot layihədə iştirak etməyən, lakin texnoloji həlli həyata keçirməyi planlaşdıran ölkələrə hər bir fəaliyyətin ətraflı təsviri, ilkin şərtləri və təklif olunan zaman çərçivəsindən ibarət mərhələli bələdçi təqdim olunur. Bundan əlavə, seçilmiş pilot ölkələrdə Elektron çatdırılma üzrə həllin tətbiqi üçün pilot fəaliyyətlər zamanı əldə edilmiş spesifik təhlillərə və təcrübələrə əsaslanaraq xüsusi tövsiyələr hazırlanır. Tədbir və tövsiyələr haqqında daha ətraflı məlumat tezliklə ictimaiyyətə açıqlanacaq. Bizimlə qalın!