-
22/03/2024
Aİ-nin qabaqcıl təcrübələrinə əsasən özəl 5G şəbəkələrinin yaradılması haqqında hesabat
EU4Digital proqramının ekspertləri tərəfindən Telekommunikasiya qaydaları bölməsinin fəaliyyətləri çərçivəsində Aİ-nin qabaqcıl təcrübələrinə əsaslanaraq özəl 5G şəbəkələrinin yaradılması haqqında hesabat hazırlanıb. Hesabatın əsas məqsədi özəl 5G şəbəkələrinin yaradılması üçün biznes sektorunda istifadə hallarını müzakirə etmək, həmçinin tezliklərin bölüşdürülməsində Aİ-yə üzv dövlətlərin əldə etdikləri təcrübəni bölüşməkdir.
Daha çox oxu -
19/03/2024
Süni intellekt sahəsində insan hüquqları: çətinliklər və hüquqi tənzimləmə
“Süni intellekt əsrində insan hüquqları: çətinliklər və hüquqi tənzimləmə” adlı bələdçi qabaqcıl süni intellekt texnologiyalarının təsirinə və onların hüquqi tənzimlənməsinə dair yanaşmalara həsr olunub. Sənəddə milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq intellektual sistemin idarə olunması üçün tövsiyələr də verilib.
Daha çox oxu -
08/02/2024
EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri
“EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri” adlı hesabat EU4Digital “DESI Sürətləndirmə proqramı” çərçivəsində hazırlanan Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin (DESI) tətbiqində Şərq Tərəfdaşlığı ölkələri üçün strateji plan rolunu oynayır.
Daha çox oxu -
22/01/2024
EU4Digital proqramının II mərhələsi – ictimaiyyət üçün 2-ci yarımillik hesabat
Bu hesabatda EU4Digital proqramının II mərhələsinin ikinci hesabat dövrü (yanvar 2023 - iyun 2023) ərzində həyata keçirilən fəaliyyətləri əks olunub. Hesabatda sözügedən dövr ərzində altı tematik istiqamət çərçivəsində əldə olunan nəticələr və növbəti hesabat dövrlərində icra olunacaq fəaliyyətlərin məqsədləri təqdim olunub. Sənəddə həmçinin siyasətlərlə bağlı əsas məqamlar qeyd olunub.
Daha çox oxu -
08/12/2023
Şərq Tərəfdaşlığı ölkələrində startap ekosisteminin qurulması və qiymətləndirilməsi: Yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya konsepsiyası, ekosistemin yetkinliyinin təhlili və tövsiyələr
2023-cü ildə hazırlanan bu hesabatda yüksək fəaliyyət göstəricilərinə malik startapların inkubasiyası konsepsiyası müəyyənləşdirilib və Şərq Tərəfdaşlığında innovasiya ekosistemində mövcud iştirakçılar təhlil edilib. Sənəddə EU4Digital proqramının İKT və innovasiyalar tematik sahəsi çərçivəsində həyata keçirilən tədqiqatın metodologiyası, məqsədləri və nəticələri ətraflı şəkildə qeyd olunub və Şərq Tərəfdaşlığı ölkələrində ekosistemin fəaliyyət göstəricilərini artırmaq üçün tədbirlər və prioritetlər üzrə tövsiyələr verilib.
Daha çox oxu -
22/11/2023
Elektron səhiyyə
Rəqəmsallaşma tibbi xidməti daha səmərəli, dəqiq və əlçatan edə bilər. Şərq Tərəfdaşlığı ölkələrinə elektron səhiyyə xidmətlərini digər ölkələrin səhiyyə xidmətləri ilə inteqrasiyasına kömək etmək məqsədilə EU4Digital bu regionda rəqəmsal səhiyyə sisteminin uyğunlaşdırılmasını dəstəkləyir. Bu 59 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsinin fəaliyyətlərinin bu hədəfləri necə dəstəklədiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
İKT və innovasiyalar
Hər bir biznes inkişaf edən inovasiya ekosistemindən asılıdır. Şərq Tərəfdaşlığı ölkələri startaplar və investorlar üzrə ekosistemin gücləndirilməsində EU4Digital proqramının dəstəyinə güvənirlər. Bu 50 saniyəlik videoçarxda İKT və inovasiyalar şəbəkəsinin müxtəlif fəaliyyətlərinin bu dəstəyə necə töhfə verdiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
Elektron etimad
Rəqəmsallaşma dövründə elektron identifikasiya (eİD) və etimad xidmətləri milli sərhədlər daxilində və bu sərhədlərdən kənarda tətbiq edilməlidir. EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal xidmətlərə transsərhəd çıxışı birləşdirmək ilə bağlı hədəfə çatmağını dəstəkləyir. Bu 61 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron etimad şəbəkəsinin bu dəstəyi necə təmin etdiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
Elektron ticarət
Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqına daxil ölkələr ilə biznes əlaqələrini sadə və təhlükəsiz etməklə bu əlaqələri necə gücləndirə bilərlər? EU4Digital proqramının Elektron kommersiya şəbəkəsi ekosistemi, qanunvericiliyi, standart və iş təcrübələri uyğunlaşdırmağa yönəlmiş fəaliyyəti bu hədəfi dəstəkləyir. Bu 58 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron ticarət şəbəkəsinin bütün fəaliyyətlərinin rəqabətin və rəqəmsal iqtisadiyyatın təkmilləşdirilməsinə necə töhfə verdiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
Telekommunikasiya qaydaları
Dayanıqlı iqtisadi inkişaf üçün Şərq Tərəfdaşlığı ölkələrində sərfəli bağlantı tələb olunur. EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsi bu hədəfə müxtəlif növ fəaliyyətlər vasitəsilə töhfə verir və bununla da getdikcə artmaqda olan əhali üçün daha ucuz, daha sürətli və daha təhlükəsiz rəqəmsal bağlantını əlçatan etməyə kömək edir. Bu 49 saniyəlik videoçarxda ətraflı izah edilir.
Daha çox oxu -
22/11/2023
Rəqəmsal bacarıqlar
Gündən-günə artan rəqəmsal bacarıqların cəmiyyətlərin rəqəmsal transformasiyasına təkan verdiyini bilirik. Şərq Tərəfdaşlığı ölkələrində istənilən yaşda və gəlirə malik vətəndaşlar üçün əlverişli təhsil imkanlarının yaradılması üçün EU4Digital proqramının Elektron bacarıqlar şəbəkəsi müxtəlif dəstək fəaliyyətləri təklif edir. Bu 50 saniyəlik videoçarxda ətraflı izah edilir.
Daha çox oxu -
26/09/2023
Aİ-nin qabaqcıl təcrübələrinə dair hesabat: genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqi
EU4Digital proqramının "Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxış imkanının təşviqində Aİ-nin qabaqcıl təcrübəsinə dair hesabatı" proqramın ekspertləri tərəfindən Telekommunikasiya qaydaları bölməsinin fəaliyyətləri çərçivəsində hazırlanıb. Bu hesabat Avropa İttifaqının genişzolaqlı bağlantının inkişafına yönəlmiş yol xəritəsini əks etdirən dörd əsas hissədən ibarətdir. Əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin bu təcrübələri tətbiq edə bilməsi üçün Aİ və Aİ-yə üzv ölkələrin yiyələndiyi təcrübələri paylaşmaqdır.
Daha çox oxu -
13/09/2023
Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin icrası: Aİ-nin qabaqcıl təcrübələr haqqında hesabatı
EU4Digital proqramının Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelin icrası haqqında hesabatında Aİ-nin qabaqcıl təcrübələri, strategiya və risklərlə əlaqədar əsas sahələr müəyyən edilib və Şərq Tərəfdaşlığı ölkələri, bu ölkələrdə fəaliyyət göstərən şəbəkə operatorları və digər maraqlı tərəflərə əlaqələndirilmiş yanaşma və təlimatlar verir.
Daha çox oxu -
06/09/2023
Aİ-nin qanunvericilik, standartlar və ekosistemi sahələrində elektron kommersiya üzrə əsas parametrlərinin təhlili
Hesabatda Avropa İttifaqında elektron kommersiya sahəsinin cari vəziyyəti və Aİ-nin qabaqcıl təcrübə və normaları haqqında ümumi məlumat verilib. Aİ-nin bu sahədə əsas parametrləri Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron kommersiyanın vəziyyətini qiymətləndirmək məqsədilə etalon rolunu oynayır. 99 səhifəlik hesabatda üç əsas sahə - qanunvericilik bazası, standartlar və elektron kommersiya ekosistemi təhlil olunur.
Daha çox oxu -
05/09/2023
EU4Digital proqramının II mərhələsi – ictimaiyyət üçün 1-ci yarımillik hesabat
Bu hesabatda EU4Digital proqramının II mərhələsinin ilk hesabat dövrü (iyun 2022 - dekabr 2022) ərzində həyata keçirilən fəaliyyətlər əks olunub. Hesabatda sözügedən dövr ərzində altı tematik istiqamət çərçivəsində əldə olunan nəticələr və növbəti hesabat dövrlərində icra olunacaq fəaliyyətlərin məqsədləri təqdim olunub. Sənəddə siyasətlərlə bağlı əsas məqamlar da qeyd olunub.
Daha çox oxu -
01/07/2023
EU4Business – Siyasətdən Fəaliyyətə II Mərhələ: Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqların inkişafının təşviqi (İƏİT-nin fəaliyyətləri haqqında ümumi məlumat)
İKT və İnnovasiyalar Forumu 2023-də təqdim olunan bu təqdimat KOB-ların rəqəmsallaşdırılması sahəsində İƏİT-nin Şərq Tərəfdaşlığı ölkələrinə siyasət dəstəyi haqqında ümumi məlumatdan ibarətdir.
Daha çox oxu -
01/07/2023
Şərq Tərəfdaşlığında KOB-ların geniş miqyaslı rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi üçün rəqəmsal texnologiyalar
İKT və İnnovasiyalar Forumu 2023-də təqdim olunan bu təqdimat Dünya Bankının bütün dünyada Texnologiyaların şirkət səviyyəsində tətbiqinə (FAT) dair sorğuların nəticələrinə həsr olunub.
Daha çox oxu -
01/07/2023
Yeni EU4Digital Akademiyası: ŞT maraqlı tərəfləri üçün və onlar ilə birgə texniki layihələndirmə”
"Yeni EU4Digital Akademiyası: ŞT maraqlı tərəfləri üçün və onlar ilə birgə texniki layihələndirmə" adlı təqdimat Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün innovativ təhsil platforması olan EU4Digital Akademiyasına həsr olunub.
Daha çox oxu -
20/12/2021
Şərq Tərəfdaşlığı ölkələri üçün elektron kommunikasiyalara dair qanun layihəsi hazırlanıb
Elektron Rabitə haqqında Model qanun EU4Digital Facility tərəfindən Şərq Tərəfdaşlığının Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə birlikdə hazırlanmışdır və Şərq Tərəfdaş ölkələrində Milli Tənzimləyici Orqanların (NRA) müstəqilliyinin gücləndirilməsinə töhfə verir.
Daha çox oxu -
03/11/2021
Rəqəmsal Bacarıqlar Forumunun materialları
27-29 oktyabr 2021-ci il tarixlərində keçirilən EU4Digital “Rəqəmsal Bacarıqlar Forumu”ndan təqdimatlar
Daha çox oxu -
03/09/2021
EU4Digital proqramının ictimaiyyət üçün 5-ci yarımillik hesabatı
Bu hesabatda EU4Digital proqramının 2021-ci ilin yanvar ayından iyun ayına qədər olan beşinci hesabat dövrü üzrə fəaliyyətlər əks olunub.
Daha çox oxu -
03/06/2021
ŞT ölkələrinin Aİ-nin layihə, proqram və təşəbbüslərinə, xüsusilə Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramına cəlb olunması
EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi "ŞT ölkələrinin Aİ-nin layihə, proqram və təşəbbüslərinə, xüsusilə Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramına cəlb olunması" adlı hesabat hazırlayıb.
Daha çox oxu -
10/05/2021
Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların müstəqilliyinə dair analitik hesabat hazırlanıb
EU4Digital Proqramının Şərq Tərəfdaşlığı ölkələrində milli tənzimləyici orqanların müstəqilliyinə dair analitik hesabatda, Şərqi tərəfdaşlıq ölkələrinin qanunvericiliyindəki boşluqların qiymətləndirilməsi və seçilmiş qiymətləndirmə meyarları üzrə əsas nəticələr haqqında ümumi məlumat verilir.
Daha çox oxu -
23/04/2021
Azərbaycanın elektron kommunikasiyalar üzrə qanunvericilik sistemində boşluqların qiymətləndirilməsi
EU4Digital Proqramı tərəfindən Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi (EaPeReg) ilə birgə Milli tənzimləyici orqanlar (MTO-lar) və onların səlahiyyətləri və vəzifələri ilə əlaqədar boşluqların qiymətləndirilməsinə dair hesabat hazırlanıb və ŞT ölkələrindəki MTO-ların müstəqilliyini gücləndirmək məqsədi daşıyır.
Daha çox oxu