2021-ci il 28 aprel tarixində EU4Digital Proqramı etimad və təhlükəsizlik məsələsinə həsr olunmuş şəbəkə tədbiri keçirib. Tədbirdə iştirak edən altı Şərq Tərəfdaşlığı ölkəsinin nümayəndələri bu sahədə görülən işlər və qarşıda duran vəzifələri müzakirə ediblər.
Tədbirə EU4Digital proqramının Elektron imza üzrə pilot layihəsinin nəticələri barədə təqdimatla başlanılıb. Pilot layihə ərzində sözügedən texnoloji həll iki cüt ölkə arasında (iki Şərq Tərəfdaşlığı ölkəsi olan Ukrayna və Moldova və ŞT ölkəsi olan Ukrayna ilə Aİ-yə üzv ölkə olan Estoniya arasında) sınaqdan keçirilib. Elektron imza üzrə pilot layihəsinin məqsədi ixtisaslı elektron imza üzrə texnolooji həllin sınaqdan keçirilməsidir. Buraya ixtisaslı elektron imzaların (rəqəmsal imzaların) transsərhəd qarşılıqlı tanınmasını təmin etmək üçün zaman işarəsinin qoyulması, doğrulama mexanizmləri, sertifikatın statusunun yoxlanılması daxildir.
Daha sonra Avropa Komissiyasının nümayəndələri tərəfindən qarşılıqlı tanınma üzrə razılaşmaların əldə olunması üçün təlimatlar haqqında təqdimat keçirilib. Təqdimatda adətən üçüncü ölkələrin üzləşdiyi fərqli başlanğıc mövqeyinə geniş yer verilib. Qeyd olunub ki, qarşılıqlı tanınma üzrə razılaşmanın məqsədi Aİ-nin ixtisaslı etimad xidmət təminatçıları (QTSP) və ixtisaslı etimad xidmətləri (QTS) ilə qarşılıqlı tanınma sahəsində əməkdaşlıq etmək istəyən hər hansı bir üçüncü ölkə üçün bir sıra tövsiyələr təqdim etmək və lazımi tələbləri təqdim etməkdir.
Sonra Etimad və təhlükəsizlik şəbəkəsinin nümayəndələri transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyətinin qiymətləndirilməsinin nəticəsini təqdim ediblər. Ölkələrin transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyətinə diqqət yetirərək rəqəmsal texnologiyalar ilə bağlı maneələri aradan qaldırmaq və elektron xidmətlər sahəsində parçalanmanın qarşısını almaq üçün güclərini birləşdirməsi tövsiyə olunub. Qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq, uyğunlaşdırılmış və qarşılıqlı fəaliyyət göstərən elektron xidmətlərə nail olmaq üçün tənzimləyici, təşkilati və texniki səviyyələrdə lazımi tədbirlərə dair təlimatları özündə birləşdirən transsərhəd elektron xidmətlər üçün baza hazırlanacaq.
Tədbir elektron dövlət idarəçiliyinə dair fəaliyyətin və bununla bağlı qiymətləndirmə fəaliyyətlərinin təqdimatı ilə başa çatıb. Tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələrində elektron hökumətin inkişafı üçün əsas şərtlərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilib. Tədbirin məqsədi elektron hökumətin inkişafı üçün hər bir ölkəyə xas tövsiyələrin hazırlanması və islahatlarının təşviqində elektron hökumətin əhəmiyyəti barədə dövlət rəhbərliyinin məlumatlılığın artırılmasıdır.