İKT və innovasiyalar üzrə ekosistemlərin inkişafına dair şəbəkə tədbiri keçiriləcək
Tarix:
18/05/21
Mayın 18-də EU4Digital Proqramı İKT və innovasiyalar şəbəkəsinin virtual tədbirini keçirir. Virtual tədbir “Startaplar və böyüməkdə olan şirkətlər üçün İKT və innovasiyalar üzrə ekosistemlərin inkişafı: Mütəxəssis icmaların inkişafının təşviqi və onların siyasətlərin hazırlanması və tətbiqində iştiraklarının artırılması” mövzusunda keçiriləcək.
Tədbirin məqsədi startaplar və rəqəmsal texnologiyalar sahəsində çalışan KOB-lar üzrə ekosistemin qurulması haqqında daha ətraflı məlumat vermək və Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən ekspertlər arasında birgə icmaların formalaşdırılması imkanlarını müzakirə etməkdir. Tədbir Şərqi tərəfdaşlıq ölkələrindən olan İKT birliklərini və şəbəkələrini təmsil edən iştirakçılar, innovasiya ekosisteminin inkişafını əlaqələndirən nazirliklər və qurumlar və digər iştirakçılar üçün nəzərdə tutulub.
Şəbəkə tədbiri, innovativ ekosistemlərin gücləndirilməsində icmaların rolu və rəqəmsal texnologiyalar bazarının inkişafına yönəlmiş ekspert icmalarına həsr olunmuş iki sessiyadan ibarət olacaq. Tədbir, İKT sahəsində sahibkarlıq ekosistemlərinin inkişafı üzrə bələdçi təlimatlar və ekosistem iştirakçılarının rolu, o cümlədən onların ŞT ölkələrində dəstəklənməsi və gücləndirilməsinə dair məruzə ilə başlayacaq. Daha sonra, Aİ-də milli ekosistemlərin qurucuları və rəqəmsal texnologiyalar sahəsindəki KOB-lar icmaları üzrə mərkəz rolunu oynayan aparıcı təşkilatlar Şərqi tərəfdaşlıq ölkələri üçün dəyərli təkliflərini, əməkdaşlığın faydalarını və digər imkanlarını təqdim edəcəklər.
Tədbirdə iştirak edən Aİ-nin əsas tərəfdaş təşkilatları bunlardır:
İclasa EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pabol rəhbərlik edəcək və aşağıdakı məruzəçilərin təqdimatları və sual-cavab sessiayalarından təşkil olunacaq:
SERN idarə heyətinin üzvü Kiara Frensiya;
Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqının baş katibi Sebastiano Toffaletti;
Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqında baş siyasətlər meneceri Annika Link;
Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqında layihə rəhbəri Custina Beliauskaite;
BITMi əməliyyatlar qrupunun lideri Liza Ehrentraut.
Tədbirin ətraflı proqramına buradan baxa bilərsiniz.
Tədbirdə iştirak etmək istəyirsinizsə və ya hər hansı bir sualınız varsa, Proqramıən İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobola müraciət edin (anna.pobol@gmail.com).
Hədəf auditoriya üçün qeydiyyat mayın 17-nə qədər buradan aparılacaq.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.