UNOPS Qlobal İnnovasiya Yarışması

  • Tarix: 31/07/20 – 31/07/20
  • Paylaş:

İyulun 31-də iqlim dəyişikliyi fonunda texnologiyaların köməyilə infrastrukturun davamlı inkişafına kömək məqsədilə UNOPS Qlobal İnnovasiya Yarışması keçiriləcək və innovatorlar, sahibkarlar, proqramçı və tərtibatçıları bir araya gətirəcək.

İqlim dəyişikliyi dövrümüzün ən böyük problemlərindən biridir. İnsan sağlamlığına təsir edən ekosistemlərin sabitliyi, qida məhsullarının yetişdirilməsi və firavan icmalar yaratmaq qabiliyyətimiz daxil olmaqla, gələcəyimiz bu problemi necə həll edəcəyimizdən asılıdır. Dünyanın dörd bir tərəfində yaşayan insanların uyğunlaşması, sağ qalması və rifahını təmin etməklə iqlim dəyişikliyinin insanlara, icmalara və millətlərə təsirini aradan qaldırmaq məqsədilə dünya infrastrukturunun getdikcə tez-tez baş verən ekstremal təbiət hadisələrinə tab gətirməsi üçün daha möhkəm və daha yaxşı təchiz edilməsi olduqca vacibdir.

Ancaq bu məqsədə çatmaq üçün indi həmişəkindən daha çox yeni ideyalara, texnoloji həllərə və texnologiyalara ehtiyac var.

Təşkilatçılar innovator və sahibkarları şok və stresə dözə biləcək infrastruktur, şəbəkə və sistemlər yaratmaq üçün yeni texnoloji həllər hazırlamağa çağırır. Bu həllər, sensorlardan süni intellektə qədər bütün növ texnologiyaların iqlim dəyişikliyinə davamlılıq yaratdığını nümayiş etdirməli, eləcə də cəmiyyətlərin iqlim dəyişikliyi səbəbindən yaranan problemlərə hazır olmasına və uyğunlaşmasına kömək etməlidir.

Yarışma iştirakçıları ideyalarını 31 İyul 2020-ci il Mərkəzi Avropa vaxtı ilə saat 24:00-a qədər təqdim etməlidirlər.

Daha ətraflı məlumat və müraciət etmək üçün buraya klikləyin.