EU4Digital proqramının təşkil etdiyi görüşdə Rəqəmsal bacarıqlar sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr diqqət mərkəzində olub
Tarix: 12/10/20
Oktyabrın 8-də EU4Digital təşəbbüsü Koordinasiya Komitəsinin ikinci illik iclası (5-9 oktyabr tarixləri arası) çərçivəsində keçirilən yüksək səviyyəli görüş zamanı EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik istiqaməti üzrə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr təqdim olunub.
Giriş sözü ilə çıxış edən EU4Digital təşəbbüsünün qrup rəhbəri Cənab Artur Piliponis Şərqi tərəfdaşlıq ölkələrini təmsil edən nazirlər, Aİ Nümayəndəlikləri və Aİ təsisatlarının nümayəndələri daxil olmaqla, 60-dan çox tədbir iştirakçısını salamlayıb.
Təşəbbüsün Rəqəmsal bacarıqlar istiqaməti üzrə nümayəndələri Rəqəmsal bacarıqlardakı boşluqların ölçülməsi və proqnozlaşdırılmasıüzrə ümumi metodologiyanın, Şərqi tərəfdaşlıq ölkələrində yerləşən KOM-lar və mikromüəssisələr üçün vahid Rəqəmsal səlahiyyət bazasının hazırlanması və Şərqi tərəfdaşlıq ölkələrində Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların təsis edilməsi ilə bağlı cari dəstək və irəliləyişlər daxil olmaqla, bir neçə fəaliyyət üzrə əldə olunan nailiyyətləri təqdim ediblər.
Rəqəmsal bacarıqlar istiqamətinin gələcək məqsədləri aşağıdakılardır:
Rəqəmsal səlahiyyət bazasının və dörd Xidməti vəzifə profilininistifadəsinə dair təlimatların hazırlanması işinin başa çatdırılması. Təlimatlara Avropa elektron səlahiyyət bazasının və Şərqi tərəfdaşlıq ölkələrində fəaliyyət göstərən KOM-lar və mikromüəssisələr, eləcə də vətəndaşlar üzrə rəqəmsal səlahiyyət bazasının tətbiqinə dair təlimatlar daxildir və bir neçə tətbiq nümunəsi təqdim edilmişdir.
Təlimlər, təsis edilmiş Milli koalisiyaların işi və idarə olunmasına dair Aİ-nin qabaqcıl təcrübə və tövsiyələrinin bölüşdürülməsi daxil olmaqla, Milli koalisiyaların yaradılması və idarə olunmasında Şərqi tərəfdaşlıq ölkələrinə növbəti dəstək.
Təlim, tanışlıq məqsədi daşıyan səfərlərin, qanunvericilər və təlim təminatçıları üçün konfransların və rəqəmsal bacarıqlar mövzusunda təbliğat kampaniyalarının təşkili.
Sözügedən mövzunu əhatə edən iclas zamanı EU4Digital proqramının nümayəndələri, rəqəmsal bacarıqlarda yetkinlik səviyyəsinin ölçülməsi, rəqəmsal bacarıqlar üzrə təşəbbüslərin əlaqələndirilməsinin təkmilləşdirilməsi, o cümlədən Şərqi tərəfdaşlıq ölkələrində müxtəlif hədəf qrupları üzrə rəqəmsal bacarıqların təkmilləşdirilməsi işinin davam etdirilməsi məqsədi daşıyan Aİ-nin baza və alətlərinin tətbiqi daxil olmaqla, 2021-ci ildən sonrakı dövrdə rəqəmsal bacarıqlar sahəsində mümkün müsbət dəyişikliklər ilə bağlı fikir mübadiləsi aparıblar.
Rəqəmsal bacarıqlar tematik istiqaməti üzrə nümayəndələrin təqdimatından sonra, Ermənistan Respublikası Yüksək Texnologiyalar Sənayesi Nazirliyini təmsil edən EU4Digital Rəqəmsal bacarıqlar şəbəkəsinin əlaqələndiricisi Mari Zakaryan mövzu ilə bağlı şəbəkənin gördüyü işlərdən danışıb. O, xarici ekspertlərin cəlb olunduğu üçün və rəqəmsal bacarıqlar ilə bağlı fikirlərini bölüşmək istəyən ölkələr üçün platforma təmin olunduğu üçün EU4Digital proqramının həyata keçirdiyi fəaliyyətlərə böyük marağın olduğunu vurğulayıb.
Rəqəmsal bacarıqlar şəbəkəsinin nümayəndəsinin çıxışından sonra Avropa Təlim Fondunun (ETF) Rəqəmsal bacarıqlar və təhsil üzrə aparıcı mütəxəssisi Cənab Alessandro Brolpito Şərqi tərəfdaşlıq ölkələrində peşə təhsili və təlimi müəssisələrində rəqəmsal bacarıqlar və onlayn təhsil ilə bağlı siyasətlərin və təşəbbüslərin formalaşdırılmasında fondun gördüyü son işlər haqqında qısa məlumat verib.
Tədbir, iştirakçılar arasında müzakirə və sual-cavab ilə başa çatıb. Ölkə nümayəndələri rəqəmsal bacarıqlar sahəsində əldə etdikləri irəliləyiş, prioritet və planları haqqında məlumat verərək rəqəmsal bacarıqlar sahəsində mövcud olan boşluqların aradan qaldırılması üçün səylərin davam etdirilməsinin vacibliyini bir daha vurğulayıblar.EU4Digital proqramı, EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin ikinciiclasını proqram çərçivəsində əldə olunan nəticələrin nəzərdən keçirilməsi, həmçinin Şərq Tərəfdaşlığının rəqəmsal sektorda gələcək prioritetlərini müzakirə etmək üçün bir sıra virtual sessiyalar şəklində təşkil etmişdir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.