EU4Digital Proqramı dekabrın 9-da keçirilmiş virtual tədbirdə Ukrayna və Polşa arasında hesab-faktura məlumatlarının transsərhəd mübadiləsi üzrə Elektron çatdırılma pilot həllini nümayiş etdirib.
Elektron ticarət şəbəkəsinin 9-cu seminarı ilə paralel şəkildə baş tutan virtual nümayişdə Şərqi tərəfdaşlıq ölkələrindən, eləcə də Avropa İttifaqından 50-dən artıq nümayəndə iştirak edib. İştirakçılar arasında EU4Digital proqramının Elektron çatdırılma üzrə ekspertləri, Elektron ticarət şəbəkəsinin transsərhəd işçi qrupunun üzvləri, Rəqəmsal bazarların uzlaşdırılması (HDM) üzrə əlaqələndiricilər və Şərqi tərəfdaşlıq ölkələri nazirliklərinin, o cümlədən özəl şirkətlərin nümayəndələri olub.
EU4Digital Proqramının köməkçi qrup rəhbəri, Ruta Salvite-Tamosiyuniyen, Elektron çatdırılma pilot həllinə praktik baxış təqdim edən tədbiri açıq elan edərək iştirakçıların Elektron çatdırılma texnoloji həlli ilə elektron hesab-faktura mübadiləsi prosesinin bütün mərhələlərini izləməyə imkan yaradıb. EU4Digital proqramının aparıcı ekspertləri Yonas Zalinkeviçyus və Rikardas Bedulskis iki ölkə – Ukrayna və Polşa arasındakı mübadilə prosesini təqdim ediblər.
Əvvəlcədən seçilmiş dörd idxal və ixrac şirkəti arasında standartlaşdırılmış hesab-faktura məlumatları müvəffəqiyyətlə mübadilə edildikdən sonra Ukrayna və Polşa arasında Elektron çatdırılma pillot həlli oktyabrın 9-da işə salınıb.
Nümayişdə pilot konsepsiya, Elektron çatdırılma texnoloji həllin tətbiqi üzrə bəzi əsas tələblər və Peppol şəbəkəsinə qoşulmağın əsas üstünlükləri kimi prosesin texniki tərəfləri diqqət mərkəzinə olub və daha sonra pilot layihə dövründə həyata keçirilmiş hesab-fakturaların mübadiləsi prosesinin bütün mərhələləri ətraflı izah edilib. Ukrayna və Polşa nümunəsindən sonra, giriş nöqtəsinə çıxış imkanı olan hər hansı bir ölkənin hazırda 30-dan çox ölkədə üzvləri olan Peppol şəbəkəsinin istənilən bir üzvü ilə məlumat mübadiləsini necə həyata keçirməsi təsvir edilib və nümunə olaraq Litva ilə məlumat mübadiləsi həyata keçirilib.
İştirakçılar, pilot həllin müvəffəqiyyətlə həyata keçirilməsində həlledici rol oynayan tərəfdaşları da dinləyiblər. Ukraynanın Rəqəmsal transformasiya nazirliyindən Mixail Latınski çətinliklərə baxmayaraq, tərəfdaş şirkətlərin seçimi, maraqlı tərəflərin iştirakı, çoxsaylı seminarlar, canlı tədbirlər və daha çox şey daxil olmaqla bir çox nailiyyətin əldə olunduğunu deyib.
Gözləntilərdən danışan Latınski, Ukraynanın EU4Digital-dan olan həmkarları ilə “Ukraynada dövlət və özəl şirkətlərin dəstəyi ilə elektron hesab-fakturalar üzrə hüquqi bazanın yaradılması işi üzərində” çalışdıqlarını deyib. O, Elektron çatdırılma həllinin istifadəsi ilə əlaqədar gələcək planlarından söz açıb. “Nazirlik olaraq biz [Elektron çatdırılma həllində] sektorlararası fəaliyyətlər üzrə ölçülə bilən potensial görürük”, – deyə Latınski əlavə edib.
Bu yaxınlarda EU4Digital Proqramı texnoloji həlli regionda sınaqdan keçirmək üçün ŞT daxilində – Ermənistan və Ukrayna arasında Elektron çatdırılma həllini sınaqdan keçirmək üçün hazırlıqlara başlayıb. Bir aylıq işlərdən sonra, Ermənistanın dövlət gəlirləri komitəsinin nümayəndəsi Karen Martirosyan gələcəkdə Elektron çatdırılma həllinin transsərhəd məlumat mübadiləsində tətbiqi üçün əhəmiyyətli potensialın olduğunu deyib. Pilot fəaliyyətdən sonra, EU4Digital Proqramı iki əsas prioritetə əsaslanan tövsiyələrini təqdim edəcək: 1) ilk sınaq və miqyaslandırma – yəni ölkələrin sınaq mühitindən Elektron çatdırılma həllinin tam istifadəsinə keçidi; və 2) öyrənilməsi və təkrar istifadəsi, yəni digər Şərqi tərəfdaşlıq ölkələrinin bu pilot layihədən faydalarının araşdırılması və həmin həllin tətbiqi.