EU4Digital Proqramı Şərqi tərəfdaşlıq ölkələrində yüksək texnologiyalar sahəsində çalışan startapları dəstəkləmək üçün ŞT DISC (Rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüs) Müəssisə kapitalı fondunun layihəsi üzərində işləyir.
ŞT DISC kapitalı fondunun layihəsinin və fəaliyyət planının hazırlanması təklifi EU4Digital Proqramının bu yaxınlarda başa çatdırılmış “Şərqi tərəfdaşlıq ölkələrində Rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüs (DİSC) ilə bağlı bazarın qiymətləndirilməsi” adlı tədqiqatının nəticələri əsasında irəli sürülmüşdür. Tədqiqatın yekun nəticəsi yüksək texnologiyalar sahəsində çalışan startapların maliyyələşməsində boşluqların mövcud olduğunu göstərir və sənəddə regionda maliyyə dəstəyi mexanizminin və əlaqəli dəstək proqramlarının həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli tövsiyələr təqdim edilmişdir.Tədqiqatda yerli startapların və İKT sahəsi üzrə sahibkarlıq ekosisteminin inkişafı və böyümə imkanlarının artırılması üçün maliyyədən daha artıq dəstəyə ehtiyacların olduğu aşkar edilib. Bu səbəbdən də maliyyə ilə yanaşı, biznesə dair ideyaların keyfiyyətini artırmaq və investisiya sövdələşmələri risklərini minimuma endirmək üçün ŞT DISC Kapitalı startaplar və investorlara təlim keçməyi planlaşdırır. Yerli inkubatorların və akseleratorların səlahiyyətləndirilməsi, o cümlədən yerli startaplar və özəl sektoru təmsil edənlər arasında əlaqələrin yaradılması vasitəsilə buna nail olmaq mümkündür.
Hüquqi baxımdan ŞT DISC Kapitalının beynəlxalq idarəetmə şurasına malik aktivlərin idarə edilməsi şirkəti kimi fəaliyyət göstərməsi planlaşdırılır. Maliyyə baxımından isə birləşdirilmiş müəssisə kapitalı fondu aktivlərin idarə edilməsi şirkətinin qoruyucu mexanizmi çərçivəsində yaradılmalıdır. Belə bir fond aşağıdakı maliyyə proqramları tərəfindən startapların mövcud olduğu bütün mərhələlərdə maliyyəyə çıxışı təmin edəcək: İnkubasiya (Subsidiyalaşdırılmış borc), Akselerasiya (ilkin kapital) və Beynəlmiləlləşdirilmə (A seriyalı kapital). İlkin kapital və A seriyalı kapital mərhələlərindəki kapital qoyuluşlarının beynəlxalq və yerli investorlarla birgə (məs, biznes mələkləri, müəssisə kapitalı fondları, banklar və digərləri) həyata keçirilməsi nəzərdə tutulub.
Burada əsas vəzifə fondun regional yanaşmasını nəzərə alaraq biznes ideyaların və startapların qiymətləndirilməsinə dair aydın meyarların, eləcə də investisiyalar üzrə mərkəzləşdirilmiş qərar qəbuletmə qaydalarının müəyyən edilməsidir. Bunlar, fondun təmin edəcəyi faydaların, altı tərəfdaşlıq ölkəsində olan startaplar üçün bərabər dərəcədə paylanmasını təmin etmək üçün olduqca vacibdir. Digər bir vacib məsələ, müəssisə kapitalı fondunun strukturundan və altı tərəfdaşlıq ölkəsinin beynəlxalq sərmayələrindən, eləcə də və yerli hökumətlərin dəstəyindən olduqca asılı olan fondun mərkəzləşdirilmiş əməliyyat yerinin seçilməsidir.
Hal-hazırda EU4Digital mütəxəssislərindən ibarət ixtisaslaşmış qrup, ŞT DISC kapitalı fondunun və fəaliyyət planının layihəsinin ilkin layihəsi üzərində çalışır. Bu iş yekunlaşdıqdan sonra, seçilmiş maraqlı tərəflərlə əlavə müzakirələr keçiriləcək və gələn ilin əvvəllərində lazımi düzəlişlər üzrə iş başa çatdırılacaq.
ŞT DISC kapitalı fondunun layihəsinin hazırlanması ilə paralel olaraq EU4Digital proqramı bilik, kapital və bazara çıxış imkanı sahələrində İKT sahəsi üzrə sahibkarlıq ekosistemlərinin potensialının artırılması üçün tövsiyələrdən ibarət təlimat hazırlayır. İlkin olaraq əsas tövsiyələrin ŞT DISC Kapital fondunun qoruyucu mexanizmi çərçivəsində tətbiq edilməsi planlaşdırılır. Əlavə tövsiyələrin isə hər bir ölkənin prioritetlərinə, tətbiqetmə mürəkkəbliyinə və mövcud resurslarına əsaslanaraq yerli potensialın artırılmasında iştirak edənlər (akseleratorlar, inkubatorlar, universitetlər, beynəlxalq təşkilatlar və digərləri) üçün fəaliyyət planları kimi tövsiyə oluna bilər. ŞT DİSC Müəssisə kapitalı fondunun və İKT sahəsində sahibkarlıq ekosisteminə dəstək üzrə bələdçinin layihəsi 2020-ci ildən sonra Şərq Tərəfdaşlığının uzunmüddətli siyasət məqsədləri üzrə təklif çərçivəsində hazırlanır və bu təklifdə Avropa Komissiyasının
Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüsünün (DISC) tərəfdaş ölkələrə genişləndirilməsi vasitəsilə yüksək innovativ rəqəmsal startapların və böyüməkdə olan şirkətlərin genişləndirilməsinə dəstək planı vurğulanıb.
Daha çox öyrən:
EU4Digital proqramı Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüsü ilə bağlı bazarın qiymətləndirilməsini həyata keçirirEU4Digital investisiyalarda boşluqlar və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən startapların maliyyəyə çıxışı mövzusunda tərəfdaş ölkələr ilə onlayn məsləhətləşmələr keçirir