Elektron səhiyyə şəbəkəsinin seminarında ŞT ölkələrində inkişaf ediləcək əsas sahələr diqqət mərkəzində olmuşdur
Tarix: 17/02/20
EU4Digital təşəbbüsünün Elektron səhiyyə üzrə komandası
elektron səhiyyə sahəsində əməkdaşlığa şərait yaratmaq məqsədilə fevralın 11-də
altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsindən olan maraqlı tərəflərin iştirakı ilə
onlayn video seminar təşkil etmişdir.
Seminarda diqqət
əsasən məlumatların məxfiliyi, Elektron səhiyyə şəbəkəsinin ölkə səviyyəsində
istifadəçi və xidmət yönümlü layihəsi kimi tərəfdaş ölkələrdə gələcəkdə inkişaf
etdiriləcək mühüm sahələri ortaya çıxaran Elektron səhiyyə sahəsində
uyğunlaşdırma və uzlaşma ilə bağlı qiymətləndirilmənin nəticələri müzakirə
edilmişdir.
Seminar
iştirakçıları həmçinin öz ölkələrində Elektron səhiyyə ilə bağlı bir neçə
rəqəmsal sahənin aktuallığını və əhəmiyyətini müzakirə ediblər. İştirakçıların
maraq göstərdiyi əsas sahələr
bunlar olmuşdur:
məlumatların təhlili,
səhiyyə sistemi üçün rəqəmsal həllər,
profilaktika.
Tədbir
iştirakçıları öz ölkələrində yekunlaşan müvafiq layihələr ətrafında fikir
mübadiləsi aparıblar və şəbəkənin növbəti seminar və görüşlərində qabaqcıl
təcrübələri toplamaq və paylaşmağa dair razılığa gəliblər.
Seminarda
“Funka” tərəfindən icra edilən Aktiv və Sağlam Yaşlanma üzrə Avropa
İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramında iştirak imkanları təqdim
olunub.
Tərəfdaş ölkələr
gələcək əməkdaşlıqda maraqlı olduqlarını ifadə edərək Elektron səhiyyə
şəbəkəsinin may ayında keçiriləcək növbəti seminarına qədər daha bir video
seminarın keçirilməsinə dair razılığa gəliblər.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.