EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi sentyabr ayında şəbəkənin iclasını təşkil edir. Tədbirdə altı Şərqi tərəfdaş ölkəsindən şəbəkə üzvləri iştirak edərək elektron səhiyyə sahəsində görülən işləri müzakirə edəcəklər.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin işçi heyəti elektron səhiyyə sahəsində ümumi təlimat və standartların uzlaşdırılması və uyğunlaşdırılması ilə bağlı əsas tövsiyələrini bölüşəcəklər. Məqsəd regionda uyğunlaşdırılmış transsərhəd rəqəmsal səhiyyə infrastrukturuna nail olmaq üçün praktiki vasitələrin irəli sürülməsidir.
Tədbirin ikinci hissəsində transsərhəd elektron səhiyyə üzrə əməkdaşlıq platforması diqqət mərkəzində olacaq. Platforma, elektron səhiyyə şəbəkəsinin maraqlı tərəfləri üçün əməkdaşlıq və məlumat mübadiləsi üzrə yeni məkan olaraq nəzərdə tutulmuşdur. İclas zamanı EU4Digital təşəbbüsünün işçi heyəti platformada məzmunun paylaşılması qaydaları və təyin olunmuş nümayəndələrə digər müvafiq məlumatları təqdim edəcəklər.
Tədbirin üçüncü hissəsi, Şərqi tərəfdaş ölkələrinin Aİ-nin layihə, proqram və təşəbbüslərinə, xüsusilə Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (AHA üzrə EIP) proqramına cəlb olunması məsələsinə həsr olunacaq. EU4Digital təşəbbüsünün işçi heyətinin AHA üzrə EIP təşəbbüslərində ölkələrin iştirakı üçün tövsiyə və yol xəritəsi, o cümlədən əvvəlki qiymətləndirmələrin nəticələrini təqdim edəcəyi gözlənilir.