Aİ-də elektron kommersiyanın vəziyyətinə dair əsas parametrlərdən ibarət hesabat – Aİ və Şərqi tərəfdaş ölkələri arasında transsərhəd elektron kommersiyanın inkişafı istiqamətində mühüm addım

  • Tarix: 15/07/20
  • Paylaş:

2020-ci ilin iyun ayında EU4Digital Aİ-də transsərhəd elektron kommersiya haqqında əsas parametrlərdən ibarət hesabatını yekunlaşdırıb. Bu hesabat, Şərqi tərəfdaş ölkələrində elektron kommersiyanın vəziyyətini müqayisəli şəkildə qiymətləndirməyə imkan verəcək. Daha sonra bu qiymətləndirmə əsasında Şərqi tərəfdaş ölkələri ilə Aİ arasında elektron kommersiya sahəsinin uyğunlaşdırılması üçün tövsiyələr təqdim olunacaq.

Aİ-nin elektron kommersiya haqqında əsas parametrlərdən ibarət hesabatı nədir?

EU4Digital ekspertləri bu hesabatı EU4Digital proqramının Elektron ticarət tematik sahəsi üzrə Elektron kommersiya fəaliyyəti çərçivəsində hazırlayıblar.

Elektron kommersiya haqqında əsas parametrlərdən ibarət hesabat Aİ-də transsərhəd elektron kommersiyanın vəziyyətini təsvir edir və bu sahənin Aİ-də üç sahə, yəni qanunvericilik, standartlar və elektron kommersiya ekosistemi üzrə necə fəaliyyət göstərdiyini göstərir. Hesabatda Aİ-də elektron kommersiya sahəsinin iş prinsipi haqqında suallara cavab verilir və Aİ ilə Şərqi tərəfdaş ölkələri arasında elektron kommersiya sahəsinin uyğunlaşdırılması kimi növbəti mərhələdən bəhs olunur.

Aİ-nin hazırladığı hesabat aşağıdakıları təmin etdiyi üçün çox mühüm addım hesab olunur:

  1. Şərqi tərəfdaş ölkələrində elektron kommersiyanın vəziyyətini təhlil etmək üçün Aİ-nin qabaqcıl təcrübəsi və normalarına dair strukturlaşdırılmış baxış;
  2. Boşluqların təhlili üçün əsas və Şərqi tərəfdaş ölkələrində transsərhəd elektron kommersiya sahəsinin Aİ ilə uyğunlaşdırılması üçün tövsiyələr.

Əsas parametrləri formalaşdırmaq üçün ekspertlərin biliklərindən necə istifadə olunur

Sözügedən hesabat Aİ-nin yüksək vəzifəli ekspertləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Onlar növbəti sahələrdəki dərin təcrübələrinə əsasən rəylərini təqdim ediblər:

  • Aİ-nin elektron kommersiyaya dair qanunvericiliyinin hazırlanmasında və nəzərdən keçirilməsində iştirak;
  • Ümumdünya Poçt İttifaqı (ÜPİ) və elektron kommersiya ilə bağlı assosiasiyalar kimi elektron kommersiya ilə əlaqəli beynəlxalq təşkilatlarda iştirak;
  • Aİ-də və Şərqi tərəfdaş ölkələrində elektron kommersiya prosesləri haqqında praktiki anlayış.

Əlavə olaraq elektron kommersiya üzrə İşçi qrupu da əsas parametrlərin hazırlanmasında rəyini təqdim edib. Adı çəkilən İşçi qrupuna Şərqi tərəfdaş ölkələrindən nümayəndələr daxildir.

Şərqi tərəfdaş ölkələrinin nümayəndələri EU4Digital: elektron ticarət şəbəkəsinin 8-ci seminarında həmin əsas parametrləri müzakirə ediblər.

Əsas parametrlərdən Ibarət hesabatın əsas cəhətləri nədən ibarətdir? Aİ-nin əsas parametrlərində transsərhəd elektron kommersiya sahəsinin uzlaşdırılması üçün

vacib əhəmiyyət daşıyan cəhətlər diqqət mərkəzindədir:

  • Qanunvericilik sahəsində 70 əsas cəhət müəyyənləşdirilib. Buraya istehlakçının müdafiəsi, bağlamaların çatdırılması, ÜPİ-nin öhdəliklərinin əsas cəhətləri, şəbəkə və informasiya sistemlərinin təhlükəsizliyi, geo-bloklama, məlumatların qorunması, onlayn vasitəçilərin məsuliyyəti və digər sahələr daxildir.
  • Standartlar sahəsində 40 əsas cəhət müəyyənləşdirilib. Buraya xidmətlərin keyfiyyəti, uyğunlaşdırılma, qabaqcıl elektron məlumatlar və məhsul səviyyəsində rəqəmsal gömrük bəyannamələri kimi Avropa Standartlaşdırma Komitəsinin (CEN) fəaliyyəti ilə bağlı cəhətlər də daxildir. Bu cəhətlərə həmçinin CEN və ÜPİ standartları arasında uyğunluq daxildir.
  • Ekosistem sahəsində 45 əsas cəhət müəyyənləşdirilib. Buraya transsərhəd tədarük zənciri, elektron kommersiya bazarları, vergitutma, ödənişlər, logistika və təchizat zənciri kimi cəhətlər daxildir.

Əsas parametrlər hər üç sahədə təkrarolunmaz anlayışlar təqdim edir:

  • Qanunvericilik: 2021-ci ilin iyul ayında qüvvəyə minən Elektron kommersiyaya dair qanunlar paketi elektron kommersiyanın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib. Buraya ticarət mallarının sərhəddən keçirilməsinin yeni qaydaları, eyni zamanda “İdxal üzrə bir pəncərə” sistemi vasitəsilə vergilərin ödənilməsi üçün yeni prosesin qurulması daxildir.
  • Standartlar: transsərhəd ticarət mallarının çatdırılması üçün əsas standartlar. Buraya CEN və ÜPİ standartlarının tətbiqi və uyğunlaşdırılması qabiliyyəti daxildir. Elektron kommersiya əməliyyatından asılı olaraq müxtəlif standartlar tətbiq oluna bilər.
  • Elektron kommersiya ekosistemi: transsərhəd təchizat zəncirinin yeni prosesləri. 2021-ci ilin iyul ayından sonra elektron kommersiyaya dair paketin elektron kommersiya ekosisteminə yeni proseslərin təqdim edəcəyi gözlənilir. Bu proseslər yeni maraqlı tərəflər tələb edir. Aİ və Şərqi tərəfdaş ölkələri həmin maraqlı tərəfləri cəlb etməlidirlər.

Bu fəaliyyətin faydaları nə vaxt aşkar olunacaq Aİ-nin əsas parametrləri Elektron kommersiyaya dair tədqiqatın sadəcə əsasını təşkil edir. Aİ və Şərqi tərəfdaş ölkələri transsərhəd elektron kommersiya sahəsinin uyğunlaşdırılması üzrə tövsiyələr formalaşdırıldıqdan sonra onun tam dəyərini və faydasını görə biləcəklər. EU4Digital həmin tövsiyələri 2020-ci ilin avqust ayında hazırlamağı planlaşdırır. Daha sonra isə transsərhəd elektron kommersiya sahəsinin inkişafına dair pilot texnoloji tətbiqin hazırlanması planlaşdırılır. Bu işlər 2020-ci ilin oktyabr – 2021-ci ilin iyun ayları arasında həyata keçiriləcək.