EU4Digital təşəbbüsünün Elektron ticarət şəbəkəsinin seminarında pilot layihələr və gələcək hədəflər diqqət mərkəzində olacaq

  • Tarix: 16/12/20
  • Paylaş:

9-10 dekabr tarixlərində baş tutan EU4Digital təşəbbüsünün Elektron ticarət şəbəkəsinin 9-cu seminarında 60-dan çox iştirakçıya elektron ticarət sahəsində görülən geniş miqyaslı fəaliyyətlər və 2025-ci ilə qədər hədəflər barədə geniş məlumat verilib.

Seminar iştirakçıları arasında aşağıdakılar da olub:

  • Elektron ticarət şəbəkəsinin Şərqi tərəfdaşlıq ölkələrindən olan nümayəndələri;
  • Rəqəmsal bazarların uzlaşdırılması (HDM) üzrə Şərqi tərəfdaşlıq ölkələrindən olan əlaqələndiricilər;
  • Avropa Komissiyasının nümayəndələri;
  • EU4Digital proqramının yüksək səviyyəli ekspertləri;
  • EU4Digital proqramının Şərqi tərəfdaşlıq ölkələri üzrə əlaqələndiricilər.

Seminarın əsas məqsədlərindən biri elektron ticarət sahəsindəki fəaliyyətlərin cari vəziyyəti, nəticələri və yaxın gələcəkdə görüləcək işlərin cədvəlini təqdim etmək idi. Seminarın ilk günü Elektron çatdırılma və Rəqəmsal nəqliyyat dəhlizi (DTC) ilə bağlı fəaliyyətlər nəzərdən keçirilib. İkinci gün isə daha çox elektron kommersiya və elektron gömrük mövzuları diqqət mərkəzində olub.

Elektron çatdırılma üzrə sessiyada hal-hazırda icra olunan pilot layihənin cari vəziyyəti və növbəti mərhələləri haqqında məlumat verilib. Sessiyada Ukrayna və Polşadan olan dörd idxal və ixracat şirkətinin standart hesab-faktura məlumatlarını uğurla mübadilə etdiyi Elektron çatdırılma pilot həllinin Ukrayna və Polşa arasında tətbiqi diqqət mərkəzində idi. Pilot layihə hazırda başa çatmaq üzrədir və onun haqqında rəylər toplanır. Bundan əlavə, EU4Digital Proqramı, iki Şərqi tərəfdaşlıq ölkəsi olan Ermənistan və Ukrayna arasında pilot layihənin icrası ilə bağlı təşəbbüs irəli sürüb. Pilot layihənin yanvar ayında icrasına başlamaq nəzərdə tutulub. O vaxta qədər hazırlıq tədbirləri və müzakirələr aparılacaq.

Elektron çatdırılma üzrə sessiya ilə yanaşı, EU4Digital həmçinin Elektron ticarət şəbəkəsinin seminarı ilə paralel olaraq Elektron çatdırılma pilot texnoloji həllin virtual nümayişini keçirib.

Rəqəmsal nəqliyyat dəhlizinin (DTC) təqdimatı vasitəsilə Rəqəmsal nəqliyyat dəhlizi ilə bağlı ətraflı məlumat verilib. Hazırda Avropa Komissiyası layihəsi hazırlanmış proqramı həyata keçirmək üçün mümkün üsulları nəzərdə keçirir. Bu mövzuda yeniləmələr EU4Digital Proqramı vasitəsi ilə bildiriləcək. Elektron gömrük mövzusunun müzakirəsi Litva və Belarus arasında icra olunan pilot layihəyə yönəlib. Belarus və Litvanın gömrük orqanları arasında təcrübə sahəsində qurulmuş əməkdaşlıq kimi əsas nailiyyətlər müzakirə edilib və tərəflər Anlaşma Memorandumu  imzalayıblar. Tədbirdə müzakirə olunan digər vacib mövzu, məlumat mübadiləsi üçün pilot texniki həllin funksionallığı və uyğunlaşma qabiliyyəti idi. Çoxsaylı tematik və işçi görüşlər, təlimlər və

müzakirələr sayəsində “Boş yük maşınları” pilot layihəsinin işlənib hazırlanması müvəffəqiyyətlə başa çatdırılıb. Pilot layihənin ilin sonunda icra olunmasına başlanılması nəzərdə tutulub. Qalan iki layihə – ixrac və tranzit bəyannamələri haqqında məhdud və tam məlumat mübadiləsi 2021-ci ilin yanvar-fevral aylarında icra olunacaq.

Bundan əlavə, EU4Digital hazırda həmin pilot layihənin Şərqi tərəfdaşlıq ölkələri arasında icrası imkanlarını nəzərdən keçirir və bu yaxınlarda Ermənistan və Gürcüstanın gömrük idarələri ilə müzakirələrə başlayıb. Tərəflərdən müsbət cavabın alınması pilot layihənin 2021-ci ilin yanvarında icra olunması anlamına gələcək. Elektron gömrük pilot layihəsi başlanğıc nöqtəsidir, ardından lazımi hüquqi, texniki və təşkilati düzəlişlər və texnoloji həllin tam tətbiqi üçün tövsiyələr veriləcək.

Elektron kommersiya mövzusunda müzakirələrdə əsas diqqət Koordinasiya komitəsinin son illik iclasından sonra baş verən dəyişikliklərə yönəlib. Boşluqların təhlili və tövsiyələr paketləriElektron kommersiyaya dair pilot layihə müzakirə olunan məsələlər arasında olub.

Region və ölkə səviyyəli boşluqların təhlili və bütün altı Şərqi tərəfdaşlıq ölkəsi üzrə tövsiyələr paketlərinin hazırlanması sona çatmaq üzrədir. EU4Digital komandası tərəfindən hazırlanan boşluqların təhlili və tövsiyələrin məqsədi aşağıdakı kimidir:

  • Transsərhəd elektron kommersiyaya əngəl yaradan maneələrin aradan qaldırılması;
  • Transsərhəd elektron kommersiyanın həcminin artırılması;
  • Elektron kommersiya ilə əlaqəli gömrük və vergi sahələrində 2021-ci ildə tətbiq ediləcək Aİ dəyişikliklərinə və qlobal dəyişikliklərə hazırlıq. 

Növbəti tədbirlər arasında tövsiyə paketlərinin Şərqi tərəfdaşlıq ölkələrindəki benefisiarlara təhvil verilməsi, o cümlədən ikitərəfli və regional səviyyədə mümkün aktivləşdirilmənin araşdırılması üçün Avropa Komissiyasına tövsiyələrin təqdim edilməsi yer alır.

Seminar zamanı EU4Digital Proqramının işçi heyəti Elektron ticarət pilot layihəsini, onun konsepsiyasını, faydalarını, potensial iştirakçı ölkələri, zaman çərçivəsini və növbəti mərhələləri təqdim edib. Hal-hazırda Azərbaycan və Gürcüstan, Ermənistan və Aİ-yə üzv dövlət arasında pilot texniki həllin icrasına dair təşəbbüs irəli sürülüb. Həmin layihənin 2020-ci ilin dekabrında başlanması və 2021-ci ilin aprelinə qədər tamamlanması planlaşdırılır. Məhsulların pilot onlayn bazası, xaricdə satış və vaxtında transsərhəd çatdırılma məqsədilə məhsulların siyahıya alınmasında Şərqi tərəfdaşlıq ölkələrinə kömək edəcək. İştirakçı ölkələr layihədə iştirakını təsdiqlədikdən sonra, pilot fəaliyyətlərin təşkilati strukturu və texniki inkişaf mərhələlərinin icrasına başlanacaq. Seminarın digər məqsədi elektron ticarət şəbəkəsinin fəaliyyət planını müzakirə etmək olub. Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələri 2020-2025-ci illər üzrə

hədəflərinə dair təklif və gələcək planları təqdim ediblər. Növbəti addım olaraq EU4Digital şəbəkəsi Şərqi tərəfdaşlıq ölkələrinin fikirlərini nəzərə alaraq fəaliyyət planını yekunlaşdıracaq.

Seminara bir neçə dəvət olunmuş natiq qatılıb: Avropa Komissiyasından Liya Potek (DG MOVE) Aİ-nin elektron yük

  • nəqliyyatına (eFTI) dair qaydalarına edilən dəyişikləri təqdim edib.
  • “Ertico its Europe” şirkətini təmsil edən Nikolaos Sampiyeris, Aİ-də TEN-T nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə FENIX pilot layihələri haqqında son məlumatları paylaşıb.
  • Frontex sertifikatlı məsləhətçi Ana Burkovskiyen Avropa sərhədlərin inteqrasiya olunmuş idarəçiliyi (IBM) konsepsiyası və praktiki tətbiqi barədə danışıb. Litva gömrük orqanının nümayəndəsi Layimis Zlabis, IBM-in Litvada tətbiqinə dair nümunə paylaşıb.
  • Ümumdünya Poçt İttifaqının Məşvərət Komitəsi və “Ecommerce Europe” təşkilatının həmsədri Volter Tresek 2021-ci ildə gömrük və vergi sahələrində baş verəcək dəyişikliklərin təfərrüatlarını təqdim edib.

Şərqi tərəfdaşlıq ölkələrinin EU4Digital təşəbbüsünün irəliləyişləri, problemləri, pilot layihələri, rəyləri və qabaqcıl təcrübələrinə dair müzakirədə fəal iştirakı, EU4Digital təşəbbüsünün Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında rəqəmsal bazarların uyğunlaşdırılması kimi hədəfinə çatmaqda mühüm rol oynayır. EU4Digital komandası, təşəbbüsün məqsədini dəstəkləyən fəaliyyət qabiliyyətli tövsiyələr və pilot texnoloji həllər hazırlamaq üçün Şərqi tərəfdaşlıq ölkələrini bu müzakirələrə cəlb etməyə davam edir. Əlavə məlumat. Tədbir, EU4Digital təşəbbüsünün elektron ticarət şəbəkəsi tərəfindən ildə iki dəfə keçirilən sessiyalar çərçivəsində təşkil edilmişdir. Məlumatlı qalmaq üçün Xəbər bülleteninə abunə olun.