EU4Digital: ŞT ölkələri ilə elektron səhiyyəyə dair fərdi seminarlar keçirilib

  • Tarix: 05/10/20
  • Paylaş:

2020-ci ilin iyun və sentyabr ayları arasında EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsi hər bir Şərqi tərəfdaşlıq ölkəsinə xas nəticə və tövsiyələri təqdim etmək məqsədilə adı çəkilən altı tərəfdaşlıq ölkəsi (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) üçün altı fərdi virtual tədbir təşkil edib.

Hər bir tədbir zamanı elektron səhiyyə şəbəkəsinin nümayəndələri tərəfindən elektron səhiyyə sahəsində uzlaşdırılma üzrə təlimatların hazırlanması daxil olmaqla, bir neçə fəaliyyət sahəsindəki irəliləyişlər və hər bir ölkə üzrə tövsiyələr barədə məlumat verilib. Elektron səhiyyə şəbəkəsinin nümayəndələri sözügedən sahədə əməkdaşlıq platformasının istifadəyə verilməsindən söz açıblar və AHA üzrə EİP fəaliyyətlərində iştirak ilə əlaqədar tövsiyələrini paylaşıblar.

Hər bir tədbirin birinci hissəsinə ŞT regionu üzrə ümumi EU4Digital qiymətləndirilməsinin nəticələrinə baxış keçirilib. Daha sonra ölkə səviyyəsində qiymətləndirilmənin yetkinliyi və transsərhəd uyğunlaşma və qarşılıqlı fəaliyyətə hazırlıq səviyyələrini ölçən nəticələrin müzakirəsi və Aİ-nin elektron səhiyyə üzrə tövsiyələri və səciyyəvi xüsusiyyətlərinə əsaslanan boşluqların müəyyənləşdirilməsi diqqət mərkəzində olub.

EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsi Kommunikasiya portalının rəsmi olaraq istifadəyə verildiyi elan edilib. Sözügedən portal və əsas tərkibi yığıncaq iştirakçılarına təqdim edilib.

Hər bir tədbir praktiki nöqteyi-nəzərlərə diqqət yetirərək hər bir ölkənin AHA üzrə EİP fəaliyyətlərində daha sıx iştirakı ilə bağlı tövsiyələrlə yekunlaşıb. ŞT regionunun AHA üzrə EİP fəaliyyətlərində iştirakına dair on iki faydalı təcrübələr bazası təmin edilmişdir. Elektron səhiyyə şəbəkəsinin işçi heyəti Fəaliyyət qrupuna qatılmaq ilə bağlı lazımi tədbirləri təqdim edib. ŞT regionu üzrə həm rəqəmsal, həm də qeyri-rəqəmsal təcrübələr üzrə praktik həllərdə ən yüksək tematik maraqlar, hər bir ölkə üçün növbəti tədbirlər üzrə tövsiyələr təqdim olunub.