EU4Digital proqramı Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüsü ilə bağlı bazarın qiymətləndirilməsini həyata keçirəcək
Bu məqsədlərə nail olmaq üçün EU4Digital Proqramı “Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs üzrəbazarın qiymətləndirilməsi (DISC tədqiqatı)” adlı yeni fəaliyyətinin icrasına başlamışdır. Qiymətləndirmə zamanı Şərqi tərəfdaş ölkələrində rəqəmsal, habelə yüksək texnoloji innovativ startaplar üçün investisiya mühiti bazarının təhlili aparılacaq.
Sözügedən fəaliyyətin icrasına rəqəmsal innovasiyalarda sərmayələr ilə əlaqədar boşluqların aradan qaldırılmasına və regionda rəqəmsallaşdırma sahəsində çalışan startapların miqyasının genişləndirilməsinə dəstək verməyə yönəlmiş Mərkəzi, Şərqi və Cənub-şərqi Avropada Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs (DISC) təkan vermişdir.
Bu yanaşmalara əsaslanaraq Avropa Komissiyası Şərqi tərəfdaş ölkələrində oxşar təşəbbüsə ehtiyacı və onun icrasının mümkünlüyünü qiymətləndirməyi planlaşdırır. Bazarın qiymətləndirilməsi sayəsində Avropa Komissiyası sərmayə qoyuluşunda boşluqları müəyyənləşdirə biləcək. Bu qiymətləndirmə eyni zamanda Şərq Tərəfdaşlığı üzrə DİSC təşəbbüsünə oxşar təşəbbüslərin hazırlanması üçün baza rolunu oynayacaq.
EU4Digital proqramının Şərqi tərəfdaş ölkələri üzrə DISC adlı tədqiqatı xüsusi olaraq aşağıdakı fəaliyyətlərə yönələcək:
Bazardakı mövcud boşluqların müəyyənləşdirilməsi.
Xüsusi müəssisə kapitalı fondlarının əsas investisiyaları barədə ümumi məlumatların təmin olunması.
Dövlət sektorunun əsas investisiya proqramları barədə ümumi məlumatların təmin olunması.
Sərmayələr baxımından bazarda mövcud olan çatışmazlıqlara dair əsas məlumatların təmin olunması.
Rəqəmsal, habelə yüksək texnoloji startapların maliyyəyə çıxış imkanının artırılmasına dair tövsiyələrin təmin olunması.
Regionda rəqəmsal, eləcə də yüksək texnoloji startapların böyüməsinə və miqyasının genişləndirilməsinə daha yaxşı dəstək vermək üçün maliyyə alətlərinin istifadəsinə dair tövsiyələrin təmin olunması.
Şərqi tərəfdaş ölkələrindəki DISC tədqiqatı mövcud məlumat resurslarının və bazarın əsas maraqlı tərəfləri ilə müsahibələr zamanı toplanan yerli tədqiqat məlumatlarının təhlili əsasında aparılacaq və ölkə səviyyəsində keçiriləcək məsləhətləşmələr vasitəsilə təsdiqlənəcəkdir. Tədqiqatın 2020-ci ilin yayında sona çatdırılması planlaşdırılır.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.