Rabitə və rouminq məsələlərinə həsr olunmuş seminar

  • Tarix: 05/11/19
  • Paylaş:

2019-cu il noyabrın 26-da Latviyanın paytaxtı Riqada “Doğma ölkədəki kimi rouminq (RLAH) və milli rouminq” mövzusunda seminar keçiriləcək.  Hazırda EaPeReg şəbəkəsinə (Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) vitse-prezidentlik edən Latviyanın Kommunal Təsisatlar Komissiyası (SPRK) Avropa Komissiyasının dəstəyi ilə tədbirə ev sahibliyi edəcək.

Beynəlxalq rouminq məsələsi Aİ və Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biridir. ŞT ölkələrində həddindən artıq yüksək rouminq tarifləri ilə bağlı problem hələ də həll edilməmişdir və səbəbləri tam izah olunmur. Seminar ərzində iştirakçılar RLAH və milli rouminq məsələsi daxil olmaqla, rouminq sahəsində fırıldaqçılıq və digər vəzifə və problemləri müzakirə edəcəklər.

Avropa İttifaqının EU4Digital təşəbbüsü 2020-ci ilə qədər Şərqi Tərəfdaş ölkələr arasında vahid rouminq məkanının tətbiqinə yönəlmiş səylərə dəstək verir.