İyunun 12 və 13-də Moldovanın paytaxtı Kişinyovda EU4Digital proqramı tərəfindən EU4Digital Etimad və təhlükəsizlik şəbəkəsinin seminarı təşkil edilib.
Seminarın əsas məqsədi ölkələrin etimad və təhlükəsizlik sahəsindəki prioritetləri və problemlərinə dair yeni məlumatlar əldə etmək, Şəbəkənin iş planına aid ümumi prioritetləri müəyyən etmək, eləcə də Şəbəkənin 2019-cu il üzrə fəaliyyətini (pilot layihələr daxil olmaqla) müzakirə etmək olmuşdur.
Seminarın ilk günü Etimad istiqaməti ilə bağlı fəaliyyətlərə, ikinci günü isə Kibertəhlükəsizlik ilə əlaqədar məsələlərə həsr olunub. Tədbirdə altı ŞT ölkəsindən nümayəndələr iştirak edib.
Avropa Komissiyasının nümayəndələri Aİ-nin kibertəhlükəsizlik sahəsinə dair yenilənmiş siyasətini və komissiyanın “eIDAS qanunvericiliyi” üzrə ən son təşəbbüslərini təqdim ediblər. Öz növbəsində, ŞT ölkələri kiber, o cümlədən Rəqəmsal etimad domenləri sahəsində əldə etdikləri son nailiyyətləri paylaşıblar. Tərəfdaş ölkələrin etimad və təhlükəsizlik sahəsindəki prioritetləri və EU4Digital Etimad və Təhlükəsizlik şəbəkəsinin quruluşu və iş planının müzakirəsi nəticəsində sinerji və rahat əməkdaşlığı təmin etmək məqsədilə EU4Digital layihəsini təmsil edən qrup tərəfindən layihənin quruluş və nəticələri daha yaxşı uyğunlaşdırılmışdır.