Elektron çatdırılma pilot texnoloji həllin virtual nümayişi keçirilib

  • Tarix: 09/12/20 – 09/12/20
  • Paylaş:

Dekabrın 9-da EU4Digital Proqramı Elektron çatdırılma texnoloji həlli nümayiş etdirmək üçün Elektron ticarət şəbəkəsinin 9-cu seminarı ilə paralel olaraq virtual tədbir keçirəcək.

EU4Digital Proqramının Elektron ticarət şəbəkəsi çərçivəsində həyata keçirdiyi fəaliyyətlərindən biri, Elektron çatdırılma (B2B) kanalı vasitəsilə müəssisələr arasında hesab-faktura məlumatlarının  daha uyğunlaşdırılmış, təhlükəsiz, etibarlı yolla mübadiləsinin pilot layihə şəklində həyata keçirməkdir. Elektron çatdırılma pilot həllinin təcrübədə necə işlədiyini görmək üçün 9 dekabr 2020-ci il tarixində (12:30 – 13:30 Mərkəzi Avropa vaxtı ilə) virtual nümayiş keçiriləcək.

Bu nümayişin məqsədi, Şərqi tərəfdaşlıq ölkələrində yalnız müəssisələr arasında deyil, həm də dövlət idarələri və vətəndaşlar arasında hesab-faktura məlumatlarının mübadiləsi üçün bu pilot həldən faydalana biləcək daha geniş bir audiyoriyaya təqdim etməkdir. EU4Digital Elektron çatdırılma texnoloji həlli, onun tətbiq sahələrini və faydalarını təqdim edəcək. Bunun üçün sözügedən proqramın nümayəndələri Ukrayna və Polşadan seçilmiş şirkətlər arasında standartlaşdırılmış hesab-faktura məlumatlarının Peppol Elektron çatdırılma şəbəkəsi vasitəsilə necə mübadilə olunduğunu nümayiş etdirəcək.

Bundan başqa, ölkələrdən hər hansı biri Elektron çatdırılma Giriş nöqtəsi yaratdıqda şəbəkənin hər hansı bir üzvü ilə (31 Aİ-yə üzv dövlət və daha artıq) məlumat mübadiləsi imkanının olduğunu göstərmək üçün əlavə ölkələr arasında mübadilə təmin ediləcək. 

Tədbirdə nazirliklərin nümayəndələri və Şərqi tərəfdaşlıq ölkələrinin özəl sektorda çalışan şirkətləri daxil olmaqla,  müxtəlif iştirakçılar toplanacaq. Təqdim olunan material və müzakirə olunan məsələlər barədə daha ətraflı məlumat tədbirdən sonra veriləcək.