EU4Digital Proqramının Elektron ticarət şəbəkəsi: pilot layihələri və 2025-ci ilə qədər qarşıda duran vəzifələri müzakirə etmək üçün onlayn seminar keçiriləcək
Tarix:
09/12/20 to 10/12/20
Elektron ticarət şəbəkəsinin 9-cu seminarı dekabrın 9-da və 10-da keçiriləcək. COVID-19 pandemiyası ilə bağlı mövcud vəziyyət səbəbindən seminar məsafədən keçiriləcək.
Tədbirdə aşağıdakılar daxil olmaqla, elektron ticarət ilə əlaqəli bir çox məsələlər müzakirə ediləcək:
Şərqi tərəfdaşlıq ölkələrinin 2020-2025-ci illər üzrə hədəfləri ilə bağlı təklif və perspektivlərini nəzərə alaraq Elektron ticarət şəbəkəsinin fəaliyyət planının nəzərdən keçirilməsi və yenilənməsi;
İşçi qrupunun sədrlərinin seçilməsi ilə şəbəkənin işçi qrupunun (İQ) fəaliyyətlərinin istiqamətləndirilməsi və 2021-ci ildə Elektron ticarət üzrə işçi qruplar arasındakı əməkdaşlıq planının müzakirəsi;
Mövcud vəziyyətə, EU4Digital Proqramı tərəfindən əldə edilmiş nəticələrə və Elektron çatdırılma, Elektron gömrük, Elektron ticarət, Rəqəmsal nəqliyyat dəhlizi və Şəbəkənin fəaliyyətlərində gələcək tədbirlər üçün vaxt cədvəlinə ümumi baxış;
Elektron çatdırılma və Elektron gömrük üzrə pilot layihələrin nümayişi, həmçinin Elektron ticarət üzrə fəaliyyətlərdəki pilot konsepsiya;
Proqramın icrasına başlama üzrə vaxt cədvəli və mümkün yolları daxil olmaqla Baltik və Qara dənizlər arasında Rəqəmsal nəqliyyat dəhlizi üzrə pilot layihənin icrası.
Tədbirdə müxtəlif iştirakçılar iki günlük seminar üçün bir araya gələcək və Elektron ticarət ilə əlaqəli suallara dair bilik və təcrübələrini bölüşəcəklər. İştirakçılara daxildir:
Avropa Komissiyasının nümayəndələri;
Elektron ticarət şəbəkəsinin ölkə üzrə nümayəndələri;
Rəqəmsal bazarların uzlaşdırılması (RBU) üzrə Şərqi tərəfdaşlıq ölkələrindən olan koordinatorlar;
Vətəndaş cəmiyyəti forumunun elektron ticarət üzrə ekspertləri;
EU4Digital proqramının yüksək səviyyəli ekspertləri;
EU4Digital proqramının Şərqi tərəfdaşlıq ölkələri üzrə koordinatorları.
Avropa Komissiyasından (DG MOVE) məruzəçilər və digər mütəxəssislər aşağıdakı mövzular üzrə təqdimatlarla çıxış edəcəklər:
Elektron yük nəqliyyatının tənzimlənməsi və Aİ-nin müvafiq tədbirləri;
TEN-T nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması;
Sərhədlərin inteqrasiya olunmuş idarəçiliyi;
Avropa İttifaqında 2021-ci ildə gözlənilən dəyişikliklər (gömrük və vergilər) və Aİ-nin müvafiq tədbirləri.
Maraqlanan tədbirdə iştirak etmək üçün dekabrın 4-nə kimi buradan qeydiyyatdan keçə bilərlər. Tədbir haqqında daha ətraflı məlumatı, o cümlədən tədbirin gündəliyini buradan tapa bilərsiniz.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.