09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq müəssisələrini (KOB-lar) yeni EU4Digital Akademiyası adlı rəqəmsal təhsil platformasında açılan ilk kursda iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edir. “Aİ-nin satış platformalarında elektron ticarət” mövzusuna həsr olunmuş və istifadəsi asan olan bu onlayn kurs elektron ticarət haqqında əvvəlcədən biliyi olmayan və ya yaşadığı ölkədə onlayn satışlarla məşğul olan, lakin Avropa İttifaqında (Aİ) da satışlar etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
Daha çox oxu-
03/01/2024
Rəqəmsal iqtisadiyyatın gələcəyinin formalaşdırılmasına həsr olunmuş “UNCTAD eWeek” keçirilib
4-8 dekabr tarixlərində keçirilən UNCTAD eWeek 2023 həftəsinə qatılan 3 500-dən artıq iştirakçı rəqəmsal imkanları ortaq dayanıqlı inkişaf nailiyyətlərinə çevirmək yollarını müzakirə ediblər.
Daha çox oxu -
28/12/2023
Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq, Gürcüstana isə namizəd ölkə statusu vermək qərarına gəlib
14-15 dekabr 2023-cü il tarixində Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq haqqında qərar qəbul edib. Bu, daima Avropaya mənsub olduğunu nümayiş etdirməyə çalışan hər iki ölkənin vətəndaşları üçün mühüm hadisədir. Aİ liderləri həmçinin Gürcüstana namizəd ölkə statusunu vermək qərarına gəliblər.
Daha çox oxu -
27/12/2023
Elektron səhiyyə şəbəkəsi transsərhəd səhiyyə xidmətlərinin təkmilləşdirilməsinə dair iki tədbir təşkil edib
Həkimlər bir ölkədən digərinə köçən yeni pasiyentlərin peyvənd tarixçəsini, allergik xəstəliklərlə bağlı vəziyyətini və rəsmi tibbi anket və kartlarını necə əldə edə bilər? Hazırda Şərq Tərəfdaşlığı (ŞT) regionunda transsərhəd məlumat mübadiləsinə və xidmətlərə girişə imkan verən rəqəmsal səhiyyə sistemləri əvvəllər olduğundan daha da vacibdir. EU4Digital proqramının elektron səhiyyə şəbəkəsi Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi elektron səhiyyə haqqında strategiyaları işləyib hazırlamaq üçün həmin ölkələrlə əməkdaşlıq edir. 16 və 24 noyabr tarixlərində sözügedən şəbəkə tərəfindən onlayn formatda keçirilən iki seminarda rəqəmsal səhiyyənin maliyyələşdirilməsi, innovasiyalar və aktivlik kimi müxtəlif mövzular diqqət mərkəzində olub.
Daha çox oxu -
20/12/2023
Avropa İttifaqı Şurası uğurlu rəqəmsal təhsil və təlimin təmin edilməsi üçün tövsiyələr qəbul edib
23 noyabr 2023-cü il tarixində Avropa İttifaqı Şurası uğurlu rəqəmsal təhsil və təlimin təmin edilməsinə töhfə verən əsas amillərə və təhsil və təlimdə rəqəmsal bacarıq və səriştələrin təmin edilməsinin təkmilləşdirilməsinə dair bir sıra tövsiyələr qəbul edib. Bu tövsiyələr paketi ilə Avropa İttifaqı Şurası təhsilin real rəqəmsal transformasiyaya və sürətlə dəyişən zaman və texnologiyalarla uyğunlaşdırılmasını nəzərdə tutur.
Daha çox oxu -
13/12/2023
Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə rəqəmsallaşma mövzusu diqqət mərkəzində olub
11 dekabr 2023-cü il tarixində keçirilən Şərq Tərəfdaşlığı (ŞT) xarici işlər nazirlərinin görüşündə bağlantı, regional rouminq və rəqəmsal texnologiyalara keçid kimi mövzular müzakirə olunub. Tədbirdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə Şərq Tərəfdaşlığına (ŞT) daxil altı ölkədən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edib. İclasda Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb, proqramın nailiyyətləri təhlil edilib və siyasətin gələcəyinə dair konkret tövsiyələr müəyyənləşdirilib.
Daha çox oxu -
08/12/2023
EU4Digital Şərq Tərəfdaşlığında startap ekosistemi haqqında hesabat dərc edib
EU4Digital proqramı Şərq Tərəfdaşlığında (ŞT) startap ekosisteminin qurulması və qiymətləndirilməsinə dair hesabatını dərc edib. EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin fəaliyyətləri çərçivəsində hazırlanan hesabatda yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya konsepsiyası müəyyənləşdirilib, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi tərəfdaş ölkələrdə mövcud vəziyyətin təhlili və əlaqəli dəstək proqramlarının hazırlanmasına dair tövsiyələr təqdim olunub. Hesabat onlayn olaraq mövcuddur.
Daha çox oxu -
07/12/2023
Avropa Təlim Fondunun 2024-cü il üzrə fəaliyyət planında rəqəmsallaşma və Şərq Tərəfdaşlığı ölkələri prioritetləşdirilib
Avropa Təlim Fondu (ETF) Avropa İttifaqına (Aİ) qonşu ölkələrə təhsil, təlim və əmək bazarında islahatlar aparmağa kömək edir. Aİ-nin bu agentliyinin 2024-cü il üzrə fəaliyyət proqramı digər məqsəd və istiqamətlərlə yanaşı, Gürcüstan və Moldova daxil olmaqla Ukraynanı diqqət mərkəzində saxlamaqla təhsildə rəqəmsallaşma və innovasiyaları təşviq edəcək. Bu strateji plan 24 noyabr 2023-cü il tarixində təsdiq edilib.
Daha çox oxu -
30/11/2023
EU4Digital proqramının DESI sürətləndiricisinə həsr olunmuş tədbir keçirilib
Aİ-nin qabaqcıl təcrübələrinə uyğun olaraq Şərq Tərəfdaşlığı ölkələrinin verilənləri toplamaq və rəqəmsal texnologiyalar sahəsindəki fəaliyyət göstəriciləri ilə bağlı daha dəqiq məlumatların bu ölkələrin milli strategiyalarına inteqrasiyasının sürətləndirilməsində mühüm irəliləyiş əldə edilib. 24 noyabr 2023-cü il tarixində keçirilən regional tədbir EU4Digital proqramının DESI sürətləndiricisinin ilk mərhələsinin başa çatmasına və ikinci mərhələyə hazırlıq tədbirlərinə həsr olunub.
Daha çox oxu -
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı və müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Komissiya həmçinin ilk dəfə olaraq bu ölkələr tərəfindən görülən işləri qiymətləndirən 2023-cü il üzrə Genişlənmə Paketini qəbul edib.
Daha çox oxu -
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqca rəqəmsal bağlantı gündəlik həyatımızın ayrılmaz hissəsini təşkil etməyə başlayır. Şərq Tərəfdaşlığı (ŞT) regionunda rəqəmsal bağlantının təkmilləşdirilməsi vasitəsilə EU4Digital proqramı 2019-cu ildən etibarən Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində vətəndaşlar və müəssisələr üçün münasib qiymətə yüksək sürətli, etibarlı və davamlı rəqəmsal bağlantıya çıxış təşviq olunur. Beləliklə, bu sahədə hansı irəliləyişlər əldə olunub və bu, Şərq Tərəfdaşlığında rəqəmsal transformasiyanın daha geniş siyasət məqsədlərinə necə dəstək verir?
Daha çox oxu -
20/11/2023
Rəqəmsal transformasiyada insan faktoru: 2023-ci il üzrə Şərq Tərəfdaşlığı Rəqəmsallaşma Konfransı
Davamlı rəqəmsal transformasiya üçün insan faktoru ilə əlaqədar ehtiyac və faydalar nəzərə alınmalıdır. Bu fikirlər 14 noyabr 2023-cü il tarixində keçirilən EU4Digital proqramının Şərq Tərəfdaşlığı (ŞT) üzrə Rəqəmsallaşma Konfransında səsləndirilib. “Rəqəmsal strateji muxtariyyət: cəmiyyətləri və iqtisadiyyatları gücləndirmək üçün rəqəmsal texnologiyalardan istifadə” mövzusunda olan tədbir, dayanıqlı hökumət və iqtisadiyyatların qurulmasında rəqəmsal bağlantı və süni intellekt (AI) kimi ən son texnologiyalar ilə innovasiyaları necə təşviq etdiyini tədqiq etməyə imkan yaradıb.
Daha çox oxu -
20/11/2023
Rəqəmsal texnologiyalar əvəzolunmazdır: EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 2023-cü il üzrə iclası keçirilib
Rəqəmsal texnologiyalar Şərq Tərəfdaşlığında (ŞT) gündəlik həyatın əsasını təşkil etməyə başlayıb. Bu səbəbdən strateji planlaşdırma, siyasət və qanunvericilik aktlarının uyğunlaşdırılması və investisiyaların yatırılmasına əlaqələndirilmiş yanaşma indi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, 15 noyabr 2023-cü il tarixində onlayn formatda keçirilən EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin 5-ci illik toplantısında səsləndirilən əsas ismarıclardan biridir.
Daha çox oxu