Qərbi Balkanlarda məlumat mübadiləsi sistemi ilə tanış olmaq məqsədilə EU4Digital mexanizminin nümayəndələri Monteneqro Gömrük İdarəsinə baş çəkiblər
Tarix: 13/09/19
İyul
ayında EU4Digital layihəsinin elektron gömrük sahəsi üzrə mütəxəssis qrupu
Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın gömrük üzrə qurumlarının
nümayəndələri ilə birlikdə Podqoritsa şəhərinə səfər ediblər və SEED
(Məlumatların sistematik elektron mübadiləsi) sisteminin faydası haqqında
məlumat almaq üçün Monteneqro və Albaniya arasındakı Bozay sərhəd keçid
məntəqəsinə və Monteneqro Gömrük İdarəsinə baş çəkiblər.
İdarənin gömrük təhlükəsizliyi və nəzarət üzrə
sədr müavini Lidijia Mijoviç iştirakçıları salamlayıb və onları SEED sisteminin
imkanları ilə tanış edib. Onun sözlərinə görə, Monteneqronun xarici
sərhədlərinin uzunluğu 840 km təşkil edir. Bu ölkədə 24 sərhəd keçid məntəqəsi,
12 daxili terminal və 4 Aİ-yə üzv olmayan ölkə ilə quru sərhədləri var. Sistemin
hazırlanması üçün kifayət qədər səy tələb olunur, ancaq onun bir çox
üstünlükləri var.
Mijoviç SEED sisteminin sərhəd gömrük idarələrinə
gömrüklə əlaqəli məlumatları avtomatlaşdırılmış şəkildə və real vaxt rejimində
mübadilə etməyə, İT və risklərin təhlili sahələrində inzibati imkanları və
gəlirləri artırmağa, eləcə də regional əməkdaşlığı və etimadı gücləndirməklə
yanaşı, qeyri-qanuni ticarətin qarşısını almağa və belə ticarətə qarşı mübarizə
aparmağa imkan verən məlumat mübadiləsi və risklərin təhlili üzrə güclü
və müasir bir sistem olduğunu vurğulayıb.
Avropa Komissiyasından bildirilib ki, SEED layihəsi “Qərbi Balkanların sərhəd idarəetmə
sistemlərindəki çatışmazlıqların aradan qaldırılmasına və bölgədəki
təhlükəsizlik ilə əlaqədar risklərin azaldılmasına əhəmiyyətli dərəcədə töhfə
verib”.
Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali
Makedoniya, Monteneqro və Serbiyada fəaliyyət göstərən tərəfdaş gömrük
idarələrinin hamısı SEED-dən həm risklərin təhlili, həm də gömrük nəzarəti
məqsədilə, xüsusilə malların bəyan edilməməsi, qaçaqmalçılığı və
dəyərsizləşdirilməsinin qarşısını almaq üçün intensiv şəkildə istifadə edir.
Son illərdə sistem təkmilləşdirilmişdir və aşağıdakılar daxil olmaqla, əlavə
funksiyalar üçün geniş imkanlar təmin edilmişdir:
Transsərhəd
nağd pul axını funksiyası (pul bəyannaməsi, bəyannaməçi/sahib, pul
vəsaitlərinin təsviri və mənşəyi, nəqliyyat vasitələri haqqında məlumatlar üçün
xanalar daxil olmaqla),
ƏDV modulu
(sərnişinlərin daşınması zamanı ƏDV-nin geri qaytarılması),
ATA karnet
modulu (ATA karnetinin bütöv iş prosesini dəstəkləyən modul)
Əqli
mülkiyyət hüquqları proqram təminatı – COPIS ilə uyğun olan İNES+.
Sistem, gömrük sənədlərinin hər bir növündən olan
bütöv məlumat dəstini dəstəkləyəcək şəkildə həyata keçirilir: funksiyalar
zərurət (və texniki imkanlar) əsasında və qonşu ölkənin Gömrük İdarəsinin
tələbi ilə aktivləşdirilir. Sözügedən sistem illər ərzində iştirakçı idarələrin
ehtiyaclarına və məlumatları bölüşmək istəklərinə uyğunlaşdırılmış çevik bir
alət halına gətirilib.
İnformasiya texnologiyalarının inkişafının
müxtəlif səviyyələri, milli qanunvericilik sistemləri və tərəfdaş idarələrin
müxtəlif ehtiyacları səbəbindən gömrük məlumat mübadiləsinin hüquqi bazasını
tətbiq etmək üçün iştirakçılar arasında ikitərəfli Anlaşma Memorandumları
imzalanmışdır.
SEED sistemi mərkəzi qaydada əlaqələndirilir və
gömrük idarəsinin İT sistemə tam və yerli səviyyədə bütün sərhəd keçid
məntəqələrindəki prosedurlara inteqrasiya olunur.
SEED sistemi haqqında qısa faktlar:
proqram
təminatı infrastrukturu: ESB (Enterprise Service Bus) – Müəssisənin xidmət şini
(“Açıq ESB” adlı açıq mənbəli layihədən istifadə edərək xidmət
yönümlü arxitekturada qarşılıqlı fəaliyyət göstərən proqramlar arasında rabitə
sistemi tətbiq edir). Bütün XML mesajların emalı üçün interfeys Mesajların
mübadiləsi üzrə korporativ sistemi (EMS) tərəfindən dəstəklənir;
Milli Gömrük
Məlumat Sistemlərini (GMS-lər) tamamlayan məlumat bazası var və bütün qonşu
ölkələrin məlumatlarını ehtiva edir. Yerli sistemlər eyni olaraq qalır.
Ticarətlə məşğul olanlar sənədləri yerli GMS-lərə təqdim edir;
ondan məlumat
almaq və məlumatları Milli İT sistemlərində istifadə etmək mümkündür;
məlumatların
əvvəlcədən təyin edilmiş bəzi tətikləyicilərdə toplanması;
ümumi quruluşa
malik məlumatlar (bütün ölkələr arasında razılaşdırılmış məlumat standartı).
Bu, Aİ məlumat modelinə, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) məlumat modelinə
əsaslanır və hər kəs üçün xarakterikdir.
Boş yük
maşınları avtomatik qaydada idarə olunur. Bütün axınların uyğunlaşdırılması.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.