

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital texnologiyalar sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarının hazırlanması məqsədilə təlimatlar toplusunu təqdim edib
Tarix: 30/03/21
EU4Digital Proqramı texnologiya sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarının hazırlanmasında altı Şərqi tərəfdaşlıq ölkəsinə göstərdiyi dəstəyini yekunlaşdıraraq Women Go TechTM (WGT) mentorluq proqramının tematik araşdırmasına əsaslanan və Şərqi tərəfdaşlıq ölkələrindəki reallıqlara uyğunlaşdırılan “İKT sektorunda gender bərabərsizliyini aradan qaldırmaq üçün mentorluq proqramlarının hazırlanması” adlı bələdçi hazırlayıb.
Mentorluq bir vasitə kimi
Mentorluq adətən müəyyən bir mövzu və ya fənlə bağlı təcrübəsi olmayan bir şəxslə mütəxəssis (mentor) arasında təkbətək öyrənmə kimi başa düşülür. Bu konsepsiya peşəkar sahədə öyrənməni sürətləndirmək üçün ən təsirli vasitələrdən biri hesab edilir. Eyni zamanda EU4Digital, Baltikyanı və Skandinaviya ölkələrində oxşar proqramların icrasına başlamış WGT proqramının Aİ-dən olan nümayəndələrinin bilik və təcrübələrini paylaşaraq Şərqi tərəfdaşlıq ölkələrindəki gender bərabərsizliyini aradan qaldırmaq üçün adı çəkilən konsepsiyanı seçmişdir.
Yerli ehtiyaclara uyğunlaşma
Texnologiyalar sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarının təşkili barədə məlumat ötürmək məqsədi ilə proqram altı yerli tərəfdaş təşkilatla əməkdaşlıq etmişdir: – Texnologiya sahəsindəki qızlar (Girls in Tech Ermənistan proqramı) (Ermənistan); Azərbaycanın İKT sahəsində çalışan qadınları klubu (Women in ICT Club – Femmes Digitales) (Azərbaycan); EPAM (Qadınlar üçün EPAM Təlim Proqramı) (Belarus); Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GITA) (Gürcüstan); Moldova İnformasiya və Kommunikasiya Texnologiyaları Şirkətləri Birliyi (Moldova Respublikası); STEM sahəsindəki qızlar təşəbbüsü (Ukrayna).
Yerli texnologiyalar bazarlarında qadınların vəziyyətini, təşkilatların mentorluq təcrübəsini və digər qadınların texnologiya sahəsində peşə təcrübələri barədə məlumatlılığını artırmaq və təşkilatların mentorluq proqramını həyata keçirmək istəklərini təhlil etmək üçün çoxlu sayda seminar keçirilib. Bu seminarlar tərəfdaş təşkilatlar üçün aşağıdakı faydaları təmin edib:
- Mentorluq proqramının hazırlanması, WGT və tərəfdaş təşkilatların təcrübələrindən əldə edilmiş praktik məsləhətlərin paylaşılması barədə biliklər çatdırılıb. Bununla regiondakı qadınlara mentorluq etmək üçün yeni layihələrin gələcək inkişafı və ya mövcud layihələrin təkmilləşdirilməsi üçün zəmin yaranıb.
- Qadınların və digərlərinin bərabərliyi mövzusunda birgə təşəbbüslərdə gələcək tərəfdaşlıqların və əməkdaşlığın təməlini qoyan tərəfdaş təşkilatların nümayəndələri arasında şəbəkələrin, məsələn, gələcək potensial mentorluq proqramları üçün regional mentorlar birliyinin yaradılması.
- Ölkədə və ya regional səviyyədə mentorluq proqramlarının hazırlanmasına zəmin yaradan mentorluq proqramı təlimatları hazırlanıb.
Mentorluq proqramları üzrə bələdçinin strukturu
Bələdçidə aşağıdakı mövzular diqqət mərkəzində saxlanılıb: təhsil fəaliyyətlərinin strukturu və məzmunu, hədəf auditoriyası, mənbələri (maliyyə, insan və texniki) və icra fəaliyyətləri (mentorlar və təcrübəyə ehtiyacı olan şəxslərin seçilməsi). Mentor seçimi və iştirakçıların toplanması, iştirak edən tərəfdaş təşkilatların nümayəndələri tərəfindən müzakirə olunan uğurlu mentorluq proqramının ən vacib cəhətlərindən biridir. Konkret texnologiyalar sahəsində mütəxəssis rolu və liderlik rolunu özündə ehtiva edən mentorlar üçün açıq seçim meyarlarının vacibliyi də vurğulanıb.
Bu bələdçi yerli benefisiarlarla birgə keçirilən bir neçə seminardan sonra hazırlanıb. Məqsəd, gözəçarpan təsirə malik və miqyası genişləndirilə bilən keyfiyyətli mentorluq proqramının icrasına başlamaq istəyən istənilən təşkilata dəstək verməkdir. Bələdçidə uğur hekayələri nümunələri və WGT proqramının ən yaxşı təcrübələrinə uyğun tövsiyələr daxil olmaqla mentorluq proqramının hazırlanması üçün əsas addımların praktiki siyahısı, praktiki tətbiqetmə yolları və müddəti təqdim edilib. Bundan əlavə, aşağıdakıların hesabına müvafiq tərəflər də faydalana bilər: Bu mentorluq konsepsiyası, onun iştirakçılar və cəmiyyət üçün əhəmiyyəti və
- faydaları, xüsusilə İKT və innovasiyalar sahəsində gender bərabərliyi ilə əlaqəli daha dərin biliklər yaratmaq.
- Şərqi tərəfdaşlıq ölkələrində qadınlar üçün mentorluq proqramlarının hazırlanmasında müəyyən edilmiş əsas problemlərin anlaşılmasına kömək etmək. Buraya, xüsusən də yerli təşəbbüsləri dəstəkləmək üçün yerli donorların olmaması, eyni zamanda yerli iştirakçıların xaricdən dəstək almaq imkanları məhduddur. Bununla yanaşı, yerli ekosistem iştirakçılarından tələb olunan dəstək və şəraiti yaxşılaşdırmaq üçün tövsiyə olunan tədbirlər haqqında ümumi məlumat veriləcək.
Növbəti tədbirlər
EU4Digital Proqramı yerli təşkilatların oxşar proqramların icrasına sövq etməklə belə fəaliyyətlərin davamını dəstəkləyir. Bu səbəbdən EU4Digital Proqramının növbəti tədbirlərinə qadınların texnologiya sahəsində proqramlarda iştirakı ilə bağlı gələcək yanaşmaların müzakirəsi daxildir. Məqsəd, Şərqi tərəfdaşlıq ölkələrində Aİ-nin gender bərabərliyi planları ilə sinerjilər nəzərə alınmaqla bunun ikitərəfli səviyyədə həyata keçiriləcəyini planlaşdırmaqdır.
Bələdçini EU4Digital proqramının kitabxanasından yükləmək üçün buraya keçin.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu