EU4Digital proqramı sentyabrın 25-də KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına dair regional seminar keçirib. Virtual seminarın məqsədi, Şərqi tərəfdaşlıq ölkələrində dörd spesifik xidməti vəzifə profillərinin KOM-ların və mikromüəssisələrin zəruri ehtiyaclarına uyğunlaşdırılması barədə ŞT ölkələrinin nümayəndələrinin fikirlərini öyrənmək, eyni zamanda ortaq rəqəmsal səlahiyyət bazasının hazırlanması və razılaşdırılması ilə bağlı növbəti addımları müzakirə etməkdir.
Seminar üç əsas mərhələdən ibarət olub: Səlahiyyət bazasını və Xidməti vəzifə profillərinin təqdimatından, aydınlaşdırmaq və uyğunlaşdırmaq məqsədilə yerli mütəxəssislərlə Xidməti vəzifə profilləri ilə bağlı qrup müzakirələrindən və işçi heyətinin işə götürülməsində Xidməti vəzifə profillərinin nəzəri-təlim tətbiqi üzrə qrup işi.
Tədbirdə rəqəmsal səlahiyyət bazasının tətbiqi zamanı onun əsas komponentləri və potensial tətbiqetmələri, Xidməti vəzifə modelinin tərifi və məqsədləri, eləcə də tətbiqi üçün tədbirlər ətraflı şəkildə təqdim edilib.
Hazırlanan dörd xidməti vəzifə profilləri bunlardır:
- Rəqəmsal transformasiya vəzifəsi;
- Məlumatlar üzrə mütəxəssis vəzifəsi;
- Məlumat təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi;
- Rəqəmsal sahə üzrə pedaqoq vəzifəsi.
Müzakirə zamanı iştirakçılar Xidməti vəzifə profillərini və onların yerli biznes mühiti ilə uyğunluğunu, yəni istənilən tapşırıq, səriştə, əlaqəli peşələr, nəticələr və vəzifələrin əlavə edilməsi, başqa şəkildə ifadə edilməsi və ya ötürülməsinin tələb olunduğunu ətraflı şəkildə incələyiblər.
Daha sonra iştirakçılar Səlahiyyət bazasının real həyatda tətbiqi üçün bir sıra ətraflı təlimatlar ilə tanış olublar. Onlara profilləşdirmə, işə qəbul və xidməti vəzifə tələblərinin müəyyənləşdirilməsi, o cümlədən tədris prosesində nəticələrin müəyyənləşdirilməsi və səlahiyyətlərin planlaşdırılması və yerli şəraitə uyğun Xidməti vəzifə profillərinin hazırlanmasına dair spesifik tövsiyələrin hazırlanması üçün vasitələrdən istifadə etmək tövsiyə olunub.
Qrup işində HR prosesi simulyasiya olunub və iştirakçılardan seçdikləri hər hansı bir KOM-da HR mütəxəssisləri rolunu icra etmək tapşırılıb. Onlara Xidməti vəzifə profili modelindən istifadə edərək vakansiya elanı hazırlamaq tapşırılıb. Daha sonra iştirakçılar seçdikləri KOM üçün ən vacib profil elementlərini müəyyənləşdirib və profilin çatışmazlıqlarını və uyğunlaşma ehtiyaclarını təyin ediblər. EU4Digital proqramı, Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına, o cümlədən Aİ-nin təcrübələrini yaymaq üçün qanunvericilər və təlim təminatçıları üçün təlimlər, konfranslar və Aİ-yə üzv ölkələrə tanışlıq məqsədi daşıyan səfərlərin təşkilini dəstəkləyir.