

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
İKT və innovasiyalar ekosisteminin formalaşdırılması mövzusunda şəbəkə növbəti tədbiri keçirilib
Tarix: 24/05/21
Mayın 18-də EU4Digital Proqramının İKT və innovasiyalar ekosisteminin inkişafı şəbəkəsinin virtual tədbiri keçirilib və tədbirdə altı Şərqi tərəfdaşlıq ölkəsindən və innovasiyalar sahəsindəki startap və KOB-lar üzrə ekosistemin qurulmasını dəstəkləyən Aİ-nin aparıcı təşkilatlarından nümayəndələr iştirak edib. Tədbirdə ekspert icmaları və ekosistem qurucularının innovasiyalar ekosisteminin formalaşmasındakı mühüm rolu müzakirə edilib.
Tədbirə qatılan Aİ-nin aparıcı təşkilatlarının nümayəndələri ekosistemin inkişafına dair təşəbbüsləri və potensialın artırılmasına dair layihələri təqdim ediblər. Tədbirə qatılan təşkilatlar bunlardır:
- Startap Avropa Regionlar Şəbəkəsi (SERN).
- Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqı.
- Almaniyanın İKT-KOB-lar üzrə Federal Assosiasiyası (BITMi).
Şəbəkə tədbirinə Şərqi tərəfdaşlıq ölkələrindən ümumilikdə 51 dövlət və qeyri-dövlət müəssisəsini təmsil edən təşkilatdan 70-ə yaxın nümayəndə qatılıb. Müzakirələr Şərqi tərəfdaşlıq ölkələrində innovasiya ekosistemlərinin inkişafını əlaqələndirən biznesə dəstək təşkilatlarının, şəbəkələrin və birliklərin, texnoparkların nümayəndələri ilə yanaşı nazirlər səviyyəsində təmsilçilər və qurumlar arasında aparılıb.
Tədbiri giriş sözü ilə açıq elan edən EU4Digital proqramının komanda rəhbəri Artur Piliponis EU4Digital proqramı və şəbəkə tədbirinin məqsədləri haqqında məlumat verib.
Ardınca EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsinin aparıcı eksperti Çus Lozano “Şərqi tərəfdaşlıq ölkələrində İKT sahəsində sahibkarlıq ekosistemlərinin dərk edilməsi və ekosistem qurucularının rolu” mövzusunda əsas məruzə ilə çıxış edib. Cənab Lozano İKT və innovasiya ekosisteminin yeni innovasiyaların və şirkətlərin yaradılmasını təşviq edən milli və beynəlxalq miqyasda dövlət və özəl müəssisələrin birliyi olduğunu və bu ekosistemin bilik, maliyyə, bazar və resurslara çıxışı təmin edərək həmin şirkətlərin uğur qazanmalarına şərait yaratdığını vurğulayıb. Sonra o, bu yaxınlarda işlənib hazırlanmış “Şərqi tərəfdaşlıq ölkələrində İKT sahəsində sahibkarlıq ekosisteminə dəstək üzrə bələdçi: yetkinliyin təhlili və tövsiyələrə” istinad edərək Şərqi tərəfdaşlıq ölkələrindəki sahibkarlıq ekosistemlərinin yetkinliyinin təhlilini nəzərdən keçirib, eyni zamanda özəl və dövlət sektoru iştirakçılarını bir araya gətirən ekosistem qurucularına ehtiyac olduğunu diqqətə çatdırıb. Mütəxəssis icmaların rolu da çox əhəmiyyətlidir, çünki ekosistemlərin inkişafı baxımından strateji qərarlar qəbul etmək üçün mövzu üzrə biliyə sahib olan hökumətləri dəstəkləyirlər. Gürcüstan İKT klasterinin İdarə Heyətinin üzvü Şota Murtskvaladze dövlət qurumlarının bazardakı iştirakı ilə bağlı müzakirəyə başlayıb. SERN-in İdarə Heyətinin üzvü Kiara Frensia ““Startap Avropa Regionlar Şəbəkəsinin dəyərli təklifi” mövzusunda təqdimatla çıxış edib.Xanım Frensia, assosiasiyalar, akseleratorlar, inkubatorlar, qeydiyyatdan keçmiş təlim təşkilatları (RTO), universitetlər, yerli hökumət orqanları və startapların və kiçik və orta müəssisələrin, eləcə də ekosistemin inkişafına yönəlmiş inkişaf və
innovasiya agentlikləri üçün SERN-lərin faydalarından bəhs edib. Şərqi tərəfdaşlıq ölkələrindən olan maraqlı tərəflər təşkilata ödənişsiz üzv olmaqla onun xidmətlərindən yararlana bilərlər. O, SERN-in innovasiya satınalmaları, innovasiyalar üzrə maliyyə alətləri, iş yerində innovasiyalar və İKT və humanitar fənlərin birləşməsi sahəsindəki təşəbbüslərini açıqlayıb və Şərqi tərəfdaşlıq ölkələrini bu mövzularda Aİ regionundakı təşkilatlarla əməkdaşlığı davam etdirməyə dəvət edib.
Tədbirin ikinci hissəsi rəqəmsal bazarların inkişafına yönəlmiş ekspert icmalarına həsr olunub. Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-lar ittifaqının baş katibi Sebastiano Toffaletti, Aparıcı siyasət meneceri Annika Link və Layihə rəhbəri Custina Beliauskaite “Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqının dəyərli təklifi” mövzusunda təqdimatla çıxış ediblər. Avropanın ilk və ən böyük İKT KOB Assosiasiyası olan Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqı, Avropada 20 000-dən çox rəqəmsal KOB-u təmsil edən 30 biznesə dəstək təşkilatını (BDT-lər) birləşdirir. Natiqlər siyasət fəaliyyətləri, şəbəkələşmə və maliyyələşdirmə imkanlarını əhatə edən və üzv BDT-lərə göstərilən əsas xidmət axınlarına nəzər salıblar. Onlar xüsusən rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən KOB-ların konsolidasiyasına imkan verən və Aİ-nin rəqəmsal bazarlar üzrə siyasətini işləyib hazırlamaq üçün geniş tərəfdaşlığı dəstəkləyən siyasət işçi qruplarının mexanizmi haqqında geniş məlumat verilib. Bu cür işçi qruplarının uğurlu nəticələri standartlaşdırma və süni intellekt sahələrində nümunələrlə göstərilmişdir. Nəhayət, Şərqi tərəfdaşlıq ölkələrinin iştirakçılarına Aİ tərəfindən maliyyələşdirilən layihələrin birgə təqdim edilməsi və Aİ-nin BDT-ləri ilə şəbəkələrin qurulması imkanları təklif edilib.
Tədbirin son hissəsi Şərqi tərəfdaşlıq ölkələrindən maraqlı tərəflərin Aİ tərəfdaşları ilə birlikdə rəqəmsal və innovativ cəmiyyətlər yaratmağına yönəlib. BİTMi əməliyyatlar qrupunun lideri Liza Ehrentraut “Almaniyanın İKT-KOB-lar üzrə Federal Assosiasiyasının dəyərli təklifi” adlı təqdimatla çıxış edib. Xanım Ehrentraut, BITMi-nin işçi qrupları necə yaratdığından və rəqəmsal bazarın inkişafına necə töhfə verdiyindən danışıb. O, Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqına üzvlüyün milli fəaliyyətləri necə tamamladığını və Şərqi tərəfdaşlıq ölkələrində necə tətbiq oluna biləcəyini bölüşüb.
Daha sonra Sebastiano Toffaletti “İtaliya Rəqəmsal KOB-lar Alyansının təcrübəsi” mövzusunda təqdimatla çıxış edib və rəqəmsal bazarların inkişafı ilə maraqlanan müxtəlif növ iştirakçıların hibrid üzvlüyü modelini izah edib. O, həmçinin Şərqi tərəfdaşlıq ölkələrindəki BDT-ləri milli təcrübələrini gücləndirməyə və KOB-lar üçün Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqı vasitəsilə beynəlxalq ortaqlıqlar qurmağa dəvət edib.
Tədbirin sonunda EU4Digital Proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol Şərqi tərəfdaşlıq ölkələrindəki ekosistem iştirakçılarının qurulmuş institusional çərçivələrlə əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, rəqəmsal texnologiyalar bazarlarının inkişafı və innovativ startap və KOB-ların böyüməsi baxımından Aİ-də təsdiqlənmiş əməliyyat və təşkilati modellər, prosedurlar, alətlər və təcrübə haqqında məlumatları dərinləşdirmək vacibdir.
Təqdimatlar:
- “Ekosistem qurucusunun rolu”
- “Startap Avropa Regionlar Şəbəkəsinin dəyərli təklifi”
- “Avropa Rəqəmsal texnologiyalar üzrə KOB-ların ittifaqının dəyərli təklifi”
- “Almaniyanın İKT-KOB-lar üzrə Federal Assosiasiyasının təcrübəsi”
- “İtaliya Rəqəmsal KOB-lar Alyansının təcrübəsi”
***
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirləri
İKT ekosistemlərinin inkişafı ilə bağlı tədbir, EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsi tərəfindən təşkil edilən sonuncu tədbir idi. İndiyə qədər blokçeyn, maliyyəyə çıxış imkanı, İKT klasterinin inkişafı, əqli mülkiyyətin idarə edilməsi və rəqəmsal innovasiya mərkəzlərinin inkişafı kimi müxtəlif siyasət sahələrində bir sıra şəbəkə tədbirləri təşkil edilmişdir. İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirlərinin məqsədi İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələrində Şərq Tərəfdaşlığı icmalarının təsis edilməsinə şəraitin yaradılmasıdır. Regionda şəbəkələrin qurulması ilə yanaşı, tədbirlərin məqsədi gələcəkdə davamlı ortaq fəaliyyət və layihələrin həyata keçirilməsi üçün Şərqi tərəfdaşlıq ölkələrində olan təşkilatlar ilə Aİ-də olan maraqlı tərəflər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasıdır. Bu səylər Aİ-nin qabaqcıl təcrübələrinin regiondakı maraqlı tərəflər tərəfindən bütövlüklə və daha dərindən anlaşılmasına yönəlmişdir. Beləliklə, silsilə tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla geniş bir auditoriyanı əhatə etməyi qarşısına məqsəd qoyub.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu