Dekabrın 22-də EU4Digital tərəfindən elektron ticarətin inkişafına yönəlmiş tədbirlər çərçivəsində elektron gömrük sahəsində pilot layihənin icrasına başlanılıb. Boş yük maşınlarına dair məlumatların mübadiləsi Belarusun Kemiyenni Loh və Litvanın Medininkayi gömrük-keçid məntəqələri arasında həyata keçiriləcək.
Bu layihənin əsas məqsədi boş yük maşınları ilə bağlı məlumatların mübadiləsini təmin etməkdir. Bu, sərhəd keçid məntəqələri tərəfindən boş yük maşınlarının daha tez aşkar olunmasına və bu səbəbdən də sərhəd keçid məntəqələrindən daha sürətli keçməsinə imkan verəcək.
Hüquq-mühafizə baxımından boş nəqliyyat vasitələri yüksək riskli hesab edilir (məsələn, qaçaqmalçılıqda istifadə olunur – rəsmi olaraq boş elan edilir, lakin içərisində bəzi mallar olur) və bu layihədə bir gömrük məntəqəsinin çıxışında boş elan edilmiş yük maşınının qonşu gömrük məntəqəsində boş elan edildiyini yoxlamağa imkan verəcək.
Məzmun
Boş yük maşınlarına dair elektron gömrük üzrə ilk pilot layihənin icra olunması həmin layihənin ilk mərhələsinin uğurla başa çatması ilə yanaşı, benefisiarlar və EU4Digital Proqramının işçi heyəti arasındakı səmərəli əməkdaşlığı da ön plana çıxarır. Tərəflər arasında fəal əməkdaşlıq 2020-ci ilin fevralında başlayıb. O vaxtdan etibarən 40-dan çox koordinasiya, işçi, tematik, texniki iclas və təlimlər keçirilmişdir.
Pandemiyaya baxmayaraq, iştirakçılar əməkdaşlıq edərək elektron gömrük üzrə pilot layihənin istifadəyə verilməsi üçün hazırlıq işləri üzərində məsafədən işləməyə müvəffəq olublar. Hazırlıq mərhələsi boyunca məqsəd pilot layihənin digər Şərqi tərəfdaşlıq ölkələrində tətbiq olunmasını və digər regionlardan gömrük məlumatlarının mübadiləsi üçün mövcud qabaqcıl mexanizmlərin və qabaqcıl təcrübələrin yenidən istifadə olunmasını təmin etmək idi.
Hazırlıq mərhələsində aşağıdakılar da daxil olmaqla bir neçə məqsədə nail olunub:
- SEED (Məlumatların sistematik elektron mübadiləsi) həllinin benefisiarların tələblərinə uyğunlaşdırılması. Başlanğıcda razılaşdırılmış verilənlər bazasındakı bəzi məlumatlar, məsələn, yük maşınının nömrəsi, Şəxsi Məlumatların Qorunmasına dair Ümumi Reqlamentə (GDPR) uyğun olaraq fərdi məlumatlar hesab edildiyi üçün, çevik və uyğunlaşma qabiliyyətinə malik texnoloji həllə ehtiyac yaranıb. EU4Digital Proqramının ekspert qrupu, GDPR ilə uyğunluğu təmin edəcək bir neçə alternativi təhlil edib və nəticədə SEED tərəfindən yaradılan unikal istinad nömrəsini istifadə etmək qərarına gəlib.
- Pilot sınaq üzrə Belarus və Litva gömrük orqanları arasında qurulmuş əməkdaşlıq – 2020-ci ilin oktyabrında Anlaşma Memorandumu imzalanmışdır.
- Boş yük maşınlarına dair layihə üzrə layihə və tərtibat mərhələsinin yekun nəticəsi. Pilot layihə, eləcə də texnoloji həllin hazırlanması, təşkili və quraşdırılması ilə bağlı tapşırıqlar uğurla başa çatıb.
Qalan iki layihə – ixrac və tranzit bəyannamələri haqqında məhdud və tam məlumat mübadiləsi 2021-ci ilin yanvar-fevral aylarında icra olunmağa başlayacaq.
Növbəti tədbirlər – Şərqi tərəfdaşlıq ölkələri arasında pilot layihənin icrası Hazırda EU4Digital Proqramı, pilot layihənin Şərqi tərəfdaşlıq ölkələri arasında təkrar tətbiqi imkanlarını nəzərdən keçirir. Tərəflərdən müsbət cavabın alınması pilot layihənin 2021-ci ilin yanvar ayında başlanması anlamına gələcək. Elektron gömrük pilot layihəsi başlanğıc nöqtəsidir, ardından lazımi hüquqi, texniki və təşkilati düzəlişlər və texnoloji həllin tam tətbiqi üçün tövsiyələr veriləcək.