Oktyabrın 5-də EU4Digital Proqramı Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə “Aİ təşkilatlarının startap ekosistemlərinin qurulmasında və inkişafında roluna” həsr olunmuş virtual iclas keçirir. Məsafədən keçirilən tədbirə İspaniya və Litvadan olan təşkilatların nümayəndələri qatılacaq.
Tədbirin məqsədi startap ekosisteminin quruluşu və fəaliyyəti, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində yerli startap ekosistemlərinin inkişafına şərait yaradan amillər haqqında daha ətraflı məlumat verməkdir.
Tədbirin əsas hədəf auditoriyası, innovativ ekosistemlərin inkişafını əlaqələndirən nazirlik səviyyəsindəki nümayəndələr və təşkilatlar, habelə Şərq Tərəfdaşlığı ölkələrində ekosistemləri gücləndirən innovasiya, maliyyə dəstəyi və məsləhət təşkilatları kimi digər ekosistem iştirakçılarıdır.
Avropa İnnovasiya Şurasında İKT üzrə strateji məsləhətçi və EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsinin aparıcı eksperti, ekosistem qurucusu Çus Lozano ilk olaraq çıxış edərək sözügedən təşəbbüsün startap ekosistemlərinin inkişafındakı rolundan söz açacaq. Onun ardınca Litva və İspaniyadan ekosistem qurucularının iştirakı ilə panel sessiyalar keçiriləcək. Litvalı maraqlı tərəflərlə ilk sessiyaya EU4Digital proqramının qrup lideri Artur Piliponis rəhbərlik edəcək. Tədbirin bu hissəsində maliyyə texnologiyaları sahəsində çalışan startaplar bazarının sürətli inkişafı və onun əsasını təşkil edən normativ-hüquqi baza haqqında hərtərəfli məlumat veriləcək. Sessiya aşağıdakı təşkilatların və məruzəçilərin təqdimatları və panel müzakirələri ətrafında qurulacaq:
- Startup Lithuania milli startap ekosistemi təşkilatının rəhbəri Roberta Rudokiyev;
- Litva Bankının Maliyyə Xidmətləri və Bazara Nəzarət Departamentinin direktoru Ruta Merkeviçe;
- Litva Respublikası İqtisadiyyat və İnnovasiya Nazirliyinin nümayəndəsi.
İspaniya startap ekosisteminə həsr olunmuş ikinci sessiyaya EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsinin aparıcı eksperti Çus Lozano rəhbərlik edəcək. Sessiyada əsas diqqət təhsilə, maliyyəyə və mənbələrə (obyektlərə) çıxış kimi ekosistemin müxtəlif struktur sahələrinin inkişafı ilə bağlı təcrübə və biliklərin mübadiləsinə yönələcək. Sessiyaya aşağıdakı təşkilatlar və xüsusi məruzəçilər qatılacaq:
- Avropa Biznes və İnnovasiya Mərkəzləri Milli Birliyinin prezidenti dok. Alvaro Simon de Blas (ANCES);
- Salamanka Universitetində Bioinformatika, Ağıılı kompüter sistemləri və təhsil texnologiyası üzrə tədqiqat qrupunun rəhbəri dok. Xuan Manuel Korçado Rodrigez (BISITE);
- Əməliyyatlar və strategiya üzrə rəhbər Jordi Qarsiya (ENISA).
Tədbirdə iştirak etmək istəyirsinizsə və ya hər hansı bir sualınız varsa, İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobola müraciət edin (anna.pobol@gmail.com).
Tədbirin ətraflı proqramına aşağıda baxa bilərsiniz.
İKT və innovasiyalar mövzusunda digər şəbəkə tədbirləri:
- İKT və innovasiyalar şəbəkəsinin blokçeyn mövzusunda ilk şəbəkə tədbiri
- İKT və innovasiyalar şəbəkəsinin alternativ maliyyələşmə mövzusunda ikinci şəbəkə tədbiri
- İKT və innovasiyalar şəbəkəsinin İKT sahəsində klasterlərin inkişafı mövzusunda üçüncü şəbəkə tədbiri
- İKT və innovasiyalar şəbəkəsinin əqli mülkiyyətin idarə edilməsi mövzusunda dördüncü şəbəkə tədbiri
- İKT və innovasiyalar şəbəkəsinin rəqəmsal innovasiya mərkəzlərinin inkişafı mövzusunda beşinci şəbəkə tədbiri
İKT və innovasiyalar şəbəkəsinin startap ekosistemlərinin inkişafı mövzusunda altıncı şəbəkə tədbiri